Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada məscid irqçi hücumun hədəfi olub
Fransada məscid irqçi hücumun hədəfi olub

Fransanın Pa-de-Kale əyalətindəki məsciddə təravih namazından əvvəl irqçi hücum həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatında yayılan xəbərlərə görə, Pas-de-Kale əyalətinin Saint-Omer şəhərindəki məsciddə təravih namazından əvvəl donuz başı qalıb. Onlarla insanın ibadət etmək üçün toplaşdığı məsciddə belə bir mənzərə ilə rastlaşdıqda vəziyyət barədə polisə məlumat vrilib.

Saint-Omer Türkləri Mədəniyyət Dostluğu Dərnəyinin sədri İsmayıl Gülməz "France 3" kanalına verdiyi açıqlamada hadisə ilə bağlı şikayət edəcəklərini bildirib.

Fransanın daxili işlər naziri Gerald Darmanin müsəlmanların Ramazan ayında rahat şəkildə namaz qılmaları üçün məscid və ibadət yerləri ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »