Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: "Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir"
Kreml: "Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir"

Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.

APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.

Son xəbərlər
Bütün xəbərlər »