Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp və Orban Floridada dövlət sərhədlərinin qorunması məsələsini müzakirə ediblər
Tramp və Orban Floridada dövlət sərhədlərinin qorunması məsələsini müzakirə ediblər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban amerikalı siyasətçinin Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdə dövlət sərhədlərinin qorunması məsələsi barədə danışıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü keçmiş Amerika liderinin mətbuat xidməti məlumat yayıb.

“Donald Tramp və Baş nazir Viktor Orban bu gün Mar-a-Laqoda görüşüblər və hər bir ölkənin suverenliyini qoruyan güclü, həmçinin təhlükəsiz sərhədlərin mühüm əhəmiyyəti də daxil olmaqla, Macarıstanla ABŞ-a təsir edən geniş spektrli məsələləri müzakirə ediblər”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Tramp daha əvvəl Amerika lideri Co Baydenin siyasətinə görə ABŞ-ın cənub sərhədindəki vəziyyəti fəlakət adlandırmışdı. O, əmindir ki, ABŞ-ın hazırkı prezidenti qeyri-qanuni miqrant axını ilə bağlı problemi həll edə bilməz və istəmir.

Bu, Orbanın bir vaxtlar Ağ Evdə Macarıstanın baş nazirini qəbul edən Trampla sayca üçüncü görüşü olub. Bununla belə, Orban 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən bəri Baydenlə şəxsən görüşməyib və onlar arasında münasibətlər gərgin hesab olunur. ABŞ administrasiyası Macarıstan hökumətinin bəzi beynəlxalq məsələlər, o cümlədən Ukrayna ilə bağlı mövqeyini bəyənmir və o da öz növbəsində amerikalıları müxalifəti dəstəkləməkdə və ölkənin daxili işlərə qarışmağa cəhd etməkdə qınayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »