Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Von der Leyen: Aİ yeni nəsil silahlar istehsal etməlidir
Von der Leyen: Aİ yeni nəsil silahlar istehsal etməlidir

"Avropa İttifaqı (Aİ) döyüş meydanında qələbə üçün yeni nəsil silahların istehsalına başlamalıdır".

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Xalq Partiyasının Buxarestdə yeni Avropa Komissiyasının rəhbəri vəzifəsinə EPP namizədi kimi təsdiq edilməli olduğu qurultayda çıxış edərkən bildirib.

“Avropa İttifaqı döyüş meydanında qalib gəlməyə qadir olan yeni nəsil silahların istehsalını təmin etməlidir və Avropa Xalq Partiyası özünü müdafiə edə bilən Avropaya rəhbərlik edə biləcək partiyadır. Biz yeni Avropa Komissiyasına müdafiə üzrə xüsusi Avropa komissarı təyin etməliyik - bu, Avropa Xalq Partiyasının vədlərindən biridir”, - deyə fon der Leyen qeyd edib.

O deyib ki, Aİ-nin daha çox silah və pul köçürməli olduğu Ukrayna təhlükəsizlik ictimaiyyəti üçün prioritet mövzudur: "Təhlükəsizlik olmadan tərəqqi mümkün deyil. Təhlükəsizlik sahəsində isə Avropa İttifaqı üçün əsas mövzu Ukraynadır. Biz onunla çiyin-çiyinə dayanıb, nə qədər lazımdırsa, onu daha çox pul və silahla təmin edəcəyik. İlk növbədə Urayna  dövlətinin və xalqının, həmçinin öz əhlükəsizliyimizi qorumaq üçün bunu etməliyik", - deyə von der Leyen bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »