Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Malatya bölgəsindəki Beydağı yamaclarında yamaclarında "Novruz" çiçəkləri açıb
Türkiyənin Malatya bölgəsindəki Beydağı yamaclarında yamaclarında "Novruz" çiçəkləri açıb

Türkiyənin Malatya bölgəsindəki Beydağı yamaclarında Novruz çiçəkləri açıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, təbiətsevərlər və təbiət müşahidəçiləri Yeşilyurt rayonunun Konak məhəlləsindəki Beydağı yamaclarında novruz çiçəyini fotoaparat və cib telefonu ilə çəkiblər.

Novruzun şəklini çəkən türk dili və ədəbiyyatı müəllimi Hüseyn Nəbi Sağman baharın insan ruhuna diriliş şövqü verdiyini ifadə edərək, hər kəsin buna şahid olması lazım olduğunu deyib.

Sağman təbiətin hər yaz özünü yenilədiyi kimi, insanların da bu gözəlliklərə şahid olduqları zaman fiziki və mənəvi cəhətdən yeniləndiyini bildirib. Müəllim bu bölgədə ağ, sarı və bənövşəyi rənglərdə Novruz çiçəklərinin görülə biləcəyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »