Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir prezidenti: Qəzzada vəziyyət atəşkəsin təxirə salınmasına dözə bilməz
Misir prezidenti: Qəzzada vəziyyət atəşkəsin təxirə salınmasına dözə bilməz

Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağında vəziyyət atəşkəsin təxirə salınmasına dözə bilməz.

Bizimyol.info xəbər verir ki, Misir Prezident Aparatından verilən yazılı açıqlamaya görə, Sisi paytaxt Qahirədə İngiltərə Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşdə çıxış edib.

Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kearnsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Sisi Qəzza zolağı başda olmaqla regional məsələləri müzakirə edib. Misir prezidenti Sisi: "Qəzzada humanitar vəziyyət atəşkəs üçün qəti həll yollarının əldə edilməsində daha çox gecikməyə dözə bilməz", - deyib.

"Əl-Qahera News" televiziyasının məlumatına görə, Qəzza zolağında atəşkəsin müzakirəsi üçün martın 3-dən Misirin paytaxtı Qahirədə Misir, ABŞ, Qətər və HƏMAS-ın iştirakı ilə danışıqlar aparılır.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçdi. İsrail baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 430-u uşaq, 8 min 900-ü qadın olmaqla 30 min 717 fələstinli həlak olub, 72 min 156 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilməklə yanaşı, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir. İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 245-i quru işğalı prosesində olmaqla 585 əsgərinin öldürüldüyünü açıqlayıb.

6 aydır davam edən münaqişə başlayanndan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 423 fələstinli həyatını itirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »