Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alternativ xidmətlə bağlı təkliflər Azərbaycan Silahlı Qüvvələrinin say tərkibinə mənfi təsir etməyəcək"
"Alternativ xidmətlə bağlı təkliflər Azərbaycan Silahlı Qüvvələrinin say tərkibinə mənfi təsir etməyəcək"

Ombudsmanın illik məruzəsində hərbi xidmət keçmə ilə bağlı müəyyən fikirlər yer alıb. Burada daha çox alternativ hərbi xidmətdən söz açılır. Azərbaycan qanunvericiliyində alternativ hərbi xidmət olsa da, buna uyğun mexanizm yoxdur.

Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ombudsmanın təklifləri mövcud vəziyyətin araşdırılması, təkliflərin qiymətləndirilməsi üzərinə xüsusən də cəmiyyətimizin üzvlərinin, o kateqoriyalarının alternativ xidmətə cəlb olunması üzərinə nəticələridir. Əslində, Ombudsman mümkün ola biləcək istəkləri, cəmiyyətin səfərbərlik ehtiyatlarında silahlı qüvvələrə daxil olacaq o şəxslərin hərbi xidmət keçmə haqqında qanunun əsasnaməsinin dəyişdirilməsi üzərinə bunun mümkünlüyünü təklif edir.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

Ekspertin fikrincə, bu prosesdə tələb və təklif dəyərləndirilməlidir. Hər bir halda bu ciddi şəkildə Azərbaycan silahlı qüvvələrinin güc strukturlarında müddətli hərbi xidmət keçən şəxsi heyətin döyüş hazırlığına, say tərkibinə ciddi təsir etməyəcək. Amma alternativ xidmət təmin olunacaq və müəyyən hissə də bundan yararlana biləcək.

"Bu gün həm müdafiə doktrini, həm təhlükəsizlik komitəsinin hərbi xidmət keçmənin və əsasnamənin dəyişdirilməsi, səfərbərlik ehtiyyatlarımızın maliyyə vəsaiti qarşılığında xidmət keçmək və yaxud alternativ xidmət keçmək, məzuniyyətin 10 gündən 20 günə qaldırılması məsələləri müzakirə mövzusudur. Bu, silahlı qüvvələrdə xidmət keçən və cəmiyyətdə səfərbəylik ehtiyatlarımızda olan gəncliyimizin tələbi və təklifinin qiymətləndirilməsi üzərinədir. Hər bir qanunvericilik təbii ki, silahlı qüvvələrdə xidmət keçməni irəli götürəcək. Yəni bu problemlərin həlli üzərinə təkliflərdir"-deyən ekspertin fikrincə bu təkliflər problem yaradan təkliflər olmadığı üçün baş tutması mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »