Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"18 yaşı olan kimi hərbi xidmətə çağrılan gənclərə ali təhsil almaq üçün əlavə şans verilməlidir"
"18 yaşı olan kimi hərbi xidmətə çağrılan gənclərə ali təhsil almaq üçün əlavə şans verilməlidir"

“Azərbaycanda hərbi xidmətə 18 yaşında çağırılır. Ali təhsil almaq istəyən gənclər birinci il məktəb qurtarandan sonra ali məktəbə qəbul oluna bilməyəndə bu şansı itirirlər. Çünki ikinci dəfə onlara şans verilmir. Orduya çağrılır, orduya çağrılanda da il yarım xidmət edəndən sonra onun biliyini bərpa etmək üçün şansları çox az olur. Bu isə, gənclərin gələcək planlarına və gələcək həyatına müəyyən bir şəkildə ali savadlı olmasına mənfi təsir göstərir”…

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb. Ekspert vurğulayıb ki, hansısa şərtlərlə növbəti dəfə imtahan vermələrinə imkan verilə bilər.

Şair Ramaldanov Şair Ramaldanov

“Məsələn; Türkiyədə xidmətə 21 yaşında çağırırlar. Bu, çox yaxşı yanaşmadır. Çünki 18 yaşda hələ gənc formalaşmır. 21 yaşda biz artıq formalaşan bir gənci görə bilərik. Digər tərəfdən əgər nəzərə alsaq ki, 17 yaşda bu orta məktəbi bitirir və hələ bir neçə il var ki, o imtahanlarda iştirak edə bilsin. Yəni gəncə imkan verilir ki, o öz həyatını ali savadlı peşəkar kimi davam edə bilsin”-deyən Şair Ramaldanov qeyd edib ki, bu gün reallıq nəzərə alınaraq və təhlillər aparılaraq, yeni yanaşmalar tətbiq edilməlidir. Bu yanaşmaların vətənmizin müdafiəsinə, hərbi xidmətə, orduya mənfi təsiri olmadığını nəzərə almaq lazımdır. Digər tərəfdən gənclərimizə öz gələcəyini qurmaq üçün şans verməli, imkan yaratmalıyıq.

“Digər tərəfdən də iş adamları var. Çox prespektivli, çox imkanlı, müəyyən özəl sektorlarda işləyən, inkişaf edən gənclərimiz var. Niyə biz onlara şərait yaratmayaq? Onun bacarığı gələcəkdə iqtisadiyyatımıza müəyyən bir şəkildə müsbət şəkildə təsir edəcəksə, niyə də biz buna getməyək? Bu məsələyə kompleks yanaşmaq lazımdır. Bu məsələnin ortaya çıxması zərurətdən və yaranmış vəziyyətdən irəli gələn fikirdir”-deyən Şair Ramaldanov bu məsələyə müsbət yanaşdığını dilə gətirib.

Qeyd edək ki, müsahibin mövzu ilə bağlı ətraflı şərhi növbəti yazılarımızda sizinlə bölüşüləcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »