Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hərbi xidmət üçün qanunla müəyyən edilmiş müddət azaldılmaqla, alternativ xidmət imkanları yaradılmalıdır"
"Hərbi xidmət üçün qanunla müəyyən edilmiş müddət azaldılmaqla, alternativ xidmət imkanları yaradılmalıdır"

Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir. Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qeyd edilib ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədə uyğun hesab edir. Xatırladaq ki, alternativ hərbi xidmət – "bədəlli" hərbi xidmət dünyanın bir çox ölkələrində var. Azərbaycanda bu leqal olaraq olmasa da, hamıya məlumdur ki, "bir qədər imkanı və ya əlaqələri olan şəxslər" hərbi xidmətə getmirdi. Bu vəsaitin dövlət büdcəsinə yönləndirilməsi və orduda professionallaşma ilə nəticələnə biləcəyi şübhəsiz ki, danılmaz gerçəkdir.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, alternativ xidmət haqqında qanunun hazırlanması ilə bağlı səslənən təklifi müsbət hesab edir.

Azər Badamov Azər Badamov

“Hər bir vətəndaşın vətən qaşısında xidmət keçmək borcu var və bu borcun verilməsi müxtəlif yollarla təmin etmək mümkündür. Belə bir qanun inkişaf etmiş ölkələrdə mövcuddur. Alternativ xidmət o demək deyil ki, müharibə baş verərəsə onlar kənarda qala biləcəklər. Təbii ki, vətən üçün vacib məqamlarda hamı səfərbər olunmalı və öz borcunu verməlidir. Amma dinc dövrdə kimlər hərbi xidməti qanunla müəyyən edilmiş müddətə keçmək istəmirsə, onlar üçün bu müddətini azaltmaqla alternativ xidmət imkanları yaradılmalıdır. Məsələn, hərbi bacarığa yiyələnmək üçün 1-2 aylıq təlimlərə cəlb olunmaqla xidmətin qalan hissəsindən ordunun büdcəsinə vəsait ödəməklə azad etmək olar”-deyən deputat vurğulayıb ki, belə olan halda, ödənişlər ordunun büdcəsinin möhkəmlənməsinə bir töhfə olar, həm də xidmətdən tərxis olunan şəxs çalışdığı sahə üzrə ölkəyə fayda verə bilər.

Deputat əlavə edib ki, belə bir qanun lahyəsi Milli Məclisə daxil olduğu təqdirdə dəstəkləyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »