Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çağırışçıların "gözlər"i yolda... "Məsul qurumlar Göz İnstitutunda olan şəraiti bölgələrdə təşkil etməyiblər"
Çağırışçıların "gözlər"i yolda... "Məsul qurumlar Göz İnstitutunda olan şəraiti bölgələrdə təşkil etməyiblər"

Rayonlardakı hərbi komissarlıqlar çağırışçıları göz yoxlanışı üçün Zərifə Əliyeva adına Oftalmologiya Xəstəxanasına göndərirlər. Burada çox vaxt yaranan sıxlıq, növbə və xəstəxananın saat 15:00-dək fəaliyyət göstərməsi rayonlardan uzun yol qət edib, bura göndərilən vətəndaşlarda narazılığa səbəb olur. Bəzən olur ki, vətəndaş heç qəbula girə bilmir və məcbur bir neçə gün Bakıda ya hansısa qohumunun yanında qalmalı olur, ya otellərdə gecələməli olur, ya da elə öz avtomobilində. Səbəb isə odur ki, bütün ölkə üzrə çağırışçılar və digər xəstələr yalnız adıçəkilən xəstəxanaya yönləndirirlər və bu da ciddi problemlərə gətirib çıxarır. Məsələ ilə əlaqədar mətbuata açıqlama verilsə də, vəziyyəti köklü şəkildə dəyişəcək zəruri addımlar hələ də atılmayıb.

  • Azərbaycanda nəyə görə Zərifə Əliyeva adına Oftalmologiya xəstəxanasına alternativ ikinci bir xəstəxana fəaliyyət göstərmir?
  • Yaxud göstərirsə, onda nə üçün minlərlə xəstə bu tibb ocaqları arasında nizamlı bölüşdürülmür?

...Əgər bir neçə müxtəlif göz xəstəxanası olsa, bu sıxlıq azala bilər və vətəndaşlar da əziyyət çəkməz, süründürməçiliyə məruz qalmazlar.

Məsələ ilə əlaqədar Azərbaycan Tibb Universiteti Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev Bizimyol.info xəbər portalına bildirib ki, bütün bu proseslər bölgə üzrə olmalıdır.

Azərbaycan Tibb Universiteti Farmakologiya kafedrası, dosent, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev Azərbaycan Tibb Universiteti Farmakologiya kafedrası, dosent, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev

"Belə anlaşılır ki, bizim Göz İnstitutunda olan şəraiti bölgələrdə təşkil etməyiblər. Bir həkim kimi işin belə təşkilini düzgün hesab etmirəm. Camaat bütün sahələr üzrə nələrdən narazıdırsa, o sahəyə baxan idarələr, təşkilatlar xalqın o işdən asılı olan vəziyyətinin normallaşdırılmasına şərait yaratmalıdırlar. Bu, olduqca sadədir. Həmin xəstəxanalara hansı qurumlar nəzarət edirsə, onlar da bu problemi həll etməlidirlər" - deyə, tibb ekspert bildirib.

Məlumat üçün qeyd edək ki, rayon hərbi komissarlıqlarından yoxlanış üçün Bakıya göndərilən çağırışçılar öz ailə fərdləri ilə bəzən günlərlə, həftələrlə qəbula düşməyə çalışır, sıxlığa düşür və həkimlərin qəbuluna vaxtında girə bilmirlər. Buna səbəb göz üzrə müayinə və müalicələrin yalnız bu xəstəxananın üzərinə düşməsi, xəstəxananın fəaliyyətininin saat 15:00-dək olması və ölkə üzrə bütün çağırışçıların (Naxçıvan istisna olmaqla) hərbi komissarlıqlar tərəfindən yalnız bu xəstəxanaya yönləndirilməsidir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılan şəraitin nə üçün bölgələr üzrə də yaradılmadığı, bu xəstəxananın nə üçün hələ də "alternativsiz xəstəxana" kimi qalması hələ də məlum deyil.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »