Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülhə "fransız qalmaq"... "Dövlət siyasətini Ermənistanın "üzərinə" quran Fransanın mövqeyi məlumdur"
Sülhə "fransız qalmaq"... "Dövlət siyasətini Ermənistanın "üzərinə" quran Fransanın mövqeyi məlumdur"

“Fransanın Azərbaycandakı səfirliyi belə bir bəyanatla çıxış edib: “Xocalı faciəsinin təkrarlanmaması üçün regionda sülh üçün çalışmaq lazımdır”. Dünyanın demək olar ki, ən böyük erməni diasporuna malik Fransa illərdir Ermənistana dəstəyini davam etdirir. Üstəlik, bu dəstək sadəcə müvəqqəti siyasi nümayəndələr tərəfindən deyil, hər dövr ərzində həyata keçirilib. Yəni Fransada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar Ermənistana dəstəyi milli siyasətə çeviriblər. Bu dəstək birtərəfli qaydada, ən son Fransa prezidenti Jak Şirakdan Makrona qədər davam edib və indi də davam edir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün bildirib ki, Fransanın ənənəvi ermənipərəst siyasətini Cənubi Qafqaz problemlərindən aydın görmək olar. Bu dəstəyin son sübutu 3 oktyabr 2023-cü ildə baş verdi. Fransanın müdafiə naziri Sebastien Lekornu bəyan edib ki, Ermənistanın müdafiə ehtiyacları araşdırılır. Həmin tarixdə İrəvana səfər edən Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Ermənistana silah və sursat yardımı edəcəklərini açıqlayıb. Bu qərardan sonra Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqına xəbərdarlıq edib və regionda yeni münaqişə baş verəcəyi təqdirdə, Fransanın məsuliyyət daşıyacağını bəyan edib. Bütün bu hadisələrdən sonra prezident Əliyev 2023-cü il oktyabrın 5-də Qranadada keçiriləcək Azərbaycan-Ermənistan sülh görüşündə Türkiyənin iştirakının qəbul edilməməsindən sonra Bakının danışıqlarda iştirak etməyəcəyini açıqladı.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

Səlcuq Düzgün bildirib ki, Parisin İrəvana silah və sursat yardımı edəcəyi faktı Bakı tərəfindən “müharibənin qızışdırılmasına səbəb olan təxribat aksiyası” kimi qiymətləndirilib. Ölkəsinin İrəvana münasibətinin düzgün və qərəzsiz olduğunu müdafiə edən Makron da Azərbaycanla heç bir probleminin olmadığını, Bakının beynəlxalq hüquqla bağlı problemi olduğunu deyərək qarşı tərəfi günahlandırıb.

“Fransanın baş naziri Elizabet Born, 11 oktyabr 2023-cü il tarixində Fransa Senatındakı çıxışında "Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və onun toxunulmazlığını qorumaq" üçün İrəvanla əməkdaşlığın gücləndirilməsinə tərəfdar olduğunu bəyan edərək, real Avropa planının yaradılmasına çağırıb”-deyən Səlcuq Düzgün vurğulayıb ki, ən yaxın tariximizdə, bütün bu faktların göz qabağında olduğu bir vaxtda Fransanın “sülh” istəməsi, üstəlik, bunu istəyərkən “bir daha Xocalı soyqırımı olmasın” deməsi, belə demək mümkünsə, tam cəhalət nümunəsidir.

Ekspertin fikrincə, buna iki aspektdən baxmaq lazımdır;

1- Azərbaycan tərəfinə hədə-qorxu gələrək deyir ki, dayanmasanız, yenə eyni ağrını yaşayacaqsınız. Düşünürəm ki, bu təhlükə boşdur və o tarixlər artıq arxada qalıb.

2- Türklər soyqırım etməyəcəklər.

İnanmış kimi edək ki, bölgədə sülhü həqiqətən istəyirlər... Bütün dövlət siyasətini Ermənistanın xeyirinə həyata keçirən Fransanın sülh istəməsi indicə ağlına gəldi? Yarım əsrə yaxın həmin bölgədə Azərbaycan dövlətinin torpaqları işğal olunarkən, xalqına qarşı soyqırım törədilib və bütün bunlar baş verərkən Fransa Ermənistanla müttəfiq olub, "sülh" deyəndə ağlına nə gəldi? Xeyr, əlbəttə ki, bu yeni deyil və onların istədikləri hər halda "sülh" deyil. Sadəcə cəbhədə məğlub olanların qələbə və ya masa arxasında vaxt qazanmaq üçün göstərdiyi səylərdir. Fransa səfirinin verdiyi sülh bəyanatları səmimi deyil.

“Türklərdə belə bir deyim var: “Fransız qalmaq”... Yaxşı, "fransız qalmaq" Türkiyə türkcəsində “bir mövzunu düzgün bilməmək, xüsusən də mövzunun nəzəri tərəfini bilməmək” deməkdir. Bu ifadə, adi cəhalətdən bir qədər fərqlidir.

Bütün dövlətlər, o cümlədən Fransa bilməlidir ki, Türklər öz humanitar mövqelərinə görə müharibə hüququndan istifadə edir və bölgədəki müharibədə buna nümunədirlər. Yəni artıq bölgəyə sülh gəlib”-deyən Səlcuq Düzgün vurğulayıb ki, Fransa və onun müttəfiqlərinin bundan sonra atmalı olduğu tək addım Xocalı soyqırımını tanımaq və günahkarların ədalət qarşısında cavablandırılmasına dəstək olmaqdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »