Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Vaşinqtonun köməyi olmadan USQ özünü müdafiə etməsinin çətin olacağını deyib
Zelenski Vaşinqtonun köməyi olmadan USQ özünü müdafiə etməsinin çətin olacağını deyib

Vaşinqton Kiyevə hərbi yardım göstərməsə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın hücumlarından müdafiə cəhdləri çox çətin olacaq.

Bizimyol.info xəbər verir ki, bunu "CNN" telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“İnsanlar hazır olacaq, amma texnika və zərbə briqadaları hazır olmayacaq, beləliklə bütün həbçilər özlərini müdafiə etməyə hazır olmayacaqlar. Çatışmazlıqlar olması vəziyyəti bizim əleyhimizə dəyişir. Bu çox çətin olacaq",- deyə o qeyd edib.

Prezident bunu Ukrayna ABŞ-dan dəstək almazsa, Ukrayna Silahlı Qüvvələrinin Rusiya qüvvələrinin cəbhə xəttindəki hərəkətlərinə hazır olub-olmayacağı ilə bağlı suala cavabında deyib. Eyni zamanda, Zelenski etiraf edib ki, Kiyev Vaşinqtondan kömək almasa, bu il Ukrayna Silahlı Qüvvələri cəbhədə heç bir uğur əldə etməyəcək.

Zelenski daha əvvəl deyib ki, Kiyevə yardımın ayrılması ilə bağlı Vaşinqtonda siyasi müzakirələr fonunda qarşıdakı aylar Ukrayna üçün çətin olacaq və ABŞ-da prezident seçkiləri “dönüş nöqtəsi” olacaq.

ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilməyib. Bu səbəbdən dekabrın sonundan Vaşinqton Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb. Avropa ölkələrindən gələn təchizat Ukrayna ordusunun ehtiyaclarını ödəyə bilmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »