Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin baş katibindən xəbərdarlıq: Çoxqütblü dünya xaosa gətirib çıxara bilər
BMT-nin baş katibindən xəbərdarlıq: Çoxqütblü dünya xaosa gətirib çıxara bilər

"Dünya çoxqütblülük erasına keçir və bu, güclü çoxtərəfli institutların olmadığı bir şəraitdə xaosa səbəb ola bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Cenevrədə BMT İnsan Hüquqları Şurasının (İHŞ) 55-ci sessiyasının açılışında çıxışı zamanı xəbərdarlıq edib.

“Dünyamız hər gün daha az təhlükəsiz olur. Onilliklər ərzində davam edən sabit güc münasibətlərindən sonra biz çoxqütblülük dövrünə keçirik”, - deyə Quterreş qeyd edib. “Bu, beynəlxalq arenada liderlik və ədalət üçün yeni imkanlar yaradır. Lakin güclü çoxtərəfli institutlar olmadan çoxqütblülük xaos üçün reseptdir. Güclər rəqabət etdikcə gərginlik artır. Qanunun aliliyi və müharibə qaydaları pozulur”, - deyə dünya təşkilatının baş katibi bildirib.

Quterreş vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası çox vaxt zəmanəmizin ən mühüm sülh və təhlükəsizlik məsələlərini həll edə bilməyən dalana dirənir. O, ötən il oktyabrın 7-də Fələstinin radikal Həmas qruplaşmasının hücumundan sonra Ukraynada baş verən hadisələr və İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlarla bağlı “Şuranın birliyinin olmamasına” diqqət çəkib. “Bu birliyin olmaması ciddi, bəlkə də ölümcül şəkildə onun nüfuzunu sarsıtdı. Şuranın tərkibində və iş üsullarında ciddi islahatlara ehtiyacı var”, deyə dedi baş katib qeyd edib.

İHŞ-nin 55-ci sessiyası fevralın 26-dan aprelin 5-dək Cenevrədə keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »