Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Josep Borrell: “Avropalılar amerikalı dostları olmadan yaşamağı öyrənməlidirlər”
Josep Borrell: “Avropalılar amerikalı dostları olmadan yaşamağı öyrənməlidirlər”

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell hesab edir ki, avropalılar amerikalı dostların onlarla birlikdə olmadığı şəraitdə də yaşamağı öyrənməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ diplomatiyası rəhbəri İspaniyanın "El Diario" qəzetinə verdiyi müsahibədə deyib.

“Avropa İttifaqının sakinləri “miqrasiya axınına səbəb olan münaqişələrin güc, demoqrafik təzyiq və siyasi qeyri-sabitliyin getdikcə daha çox həll edildiyi sərt, zorakı dünya” qavrayışından məhrumdur”, - deyə o bildirib. Borrell qeyd edib ki, keçmiş prezident Donald Tramp ABŞ seçkilərində qalib gəlsə, “siyasi ssenari tamamilə fəqli olacaq”.

“Hətta hipotetik qələbədən əvvəl bizim artıq Trampla problemimiz var”, - deyə diplomat qeyd edib. “Hələ seçkilər keçirilməyib, və Tramp prezident deyil, amma o, artıq bacardığı yerdə Ukraynaya yardımın qarşısını alır. Avropalılar amerikalı dostunun mövcud olmaya bildiyi bir dünyada yaşamağı öyrənməlidirlər”, - deyə Borrell əlavə edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Joe Biden ən yüksək hökumət posta yenidən seçilmək istədiyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »