Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı soyqırımında itkin düşənlərin sayının 200-ü keçəcəyi ehtimal olunur - Eldar Səmədov
Xocalı soyqırımında itkin düşənlərin sayının 200-ü keçəcəyi ehtimal olunur - Eldar Səmədov

Vətən müharibəsindən sonrakı dövrdə itkin ailələrindən bir çox müraciətlər daxil olur. Buna görə də, qeydiyyata alınmış statistik göstəricilərdə bəzi dəyişikliklər müşahidə edilir. Cari il ərzində aparılan tədbirlər nəticəsində itkinlərin müəyyən edilməsi barədə ciddi tədbirlər həyata keçirilməkdədir. Yaxın zamanlarda qazıntı işləri işğaldan azad olunmuş bütün əraziləri əhatə edəcək.

Bu sözləri mətbuata açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib.

O qeyd edib ki, bu gün Xocalı soyqırımında itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfər təşkil edir. Son müraciətlərdən sonra bu sayın 200-ü keçəcəyi ehtimal edilir. Prezident İlham Əliyevin itkin düşmüş sonuncu şəxsin tapılmasına qədər fəaliyyət göstərilməsi ilə bağlı tapşırığı layiqincə icra olunur.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »