Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ersin Tatar: “Türkiyənin “KAAN”ı Türk millətinin yeni qürur mənbəyinə çevrildi”
Prezident Ersin Tatar: “Türkiyənin “KAAN”ı Türk millətinin yeni qürur mənbəyinə çevrildi”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar, dünən ilk uçuşunu uğurla həyata keçirən Türkiyənin milli döyüş təyyarəsi “Kaan”ın bunun Türkiyə müdafiə sənayesi və türk milləti üçün yeni bir qürur mənbəyi olduğunu vurğuladı.

Bizimyol.info xəbər verir ki, Prezident Tatar “Kaan”ın ilk uçuşunun xeyirli olmasını arzulayıb və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Türkiyə Silahlı Qüvvələrini və türk xalqını təbrik edib.

Milli müdafiə sənayesində əldə edilən nailiyyətlərdən qürur duyduqlarını vurğulayan Tatar Türkiyənin 5-ci nəsil döyüş təyyarəsinin istehsalı istiqamətində çox kritik həddi keçdiyini qeyd edib. Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsinin bu gün ilk uçuşunda 13 dəqiqə havada qaldığını, 8 min fut yüksəklikdə və 230 mil, yəni təxminən 426 km/saat sürətə həkət etdiyini bildirən Tatar deyib: “Qanadlarını səmaya açan “Kaan”, yüksək texnologiyalı elektron döyüş sistemləri və qabaqcıl inteqrasiya edilmiş logistika infrastrukturu ilə Türkiyə Yüzyılında havada türk millətinin hüquq və mənafelərinin qorunmasında böyük vəzifələri yerinə yetirəcək. Milli döyüş təyyarəsini yaradan və istehsal edən Türk Aerokosmik Sənayesi komandasını, Müdafiə Sənayesi Rəhbərliyini və layihənin bütün maraqlı tərəflərini, eləcə də bu tarixi uçuşda əməyi olan hər kəsi ürəkdən təbrik eedirəm”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »