Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baydenin sağlamlığı daha da pisləşsə, Kamala Harris "ilk qadın prezident" adı üçün mübarizə aparacaq"
“Baydenin sağlamlığı daha da pisləşsə, Kamala Harris "ilk qadın prezident" adı üçün mübarizə aparacaq"

Almaniyanın məşhur "Stern" jurnalının ön səhifəsində yer alan foto Amerikada böyük müzakirələrə səbəb olub. Yaddaş zəifliyindən əziyyət çəkən prezident Baydenin səhhəti pisləşdikçə Kamala Harrisin prezidentliyə namizəd olma ehtimalı yüksəlir.

Kamala Harrisin prezident olma ehtimalı varmı?

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Amerikada Baydenin xəstəliyi məsələsi uzun müddətli müzakirə mövzusudur.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Son iki ildir ki, həm Amerika siyasətində müzakirə edilən, həm də beynəlxalq arenada tez-tez videolarına rastladığımız məsələdir. Hətta bəzi analitiklər qeyd etməyə çalışırdılar ki, Baydenin sağlamlıq səbəbi ilə seçki kampaniyasında iştirak etmə ehtimalı azalır. İndiki proses göstərir ki, Bayden iştirak etmək düşüncəsindədir”-deyən politoloq bildirib ki, bəzi “demokratlar” bəzən Kamala Harrisin dövriyəyə girə biləcəyini dilə gətirsələr də, mövcud kampaniya müddəti göstərir ki, Bayden namizəd kimi davam edir.

Nazim Cəfərsoyun fikrincə, mart ayında baş verəcək proseslər çox böyük əhəmiyyətə malikdir. Çünki mart ayında çox sayda ştatda prezident namizədliyi ilə bağlı yarışlar olacaq. Həmin vaxta qədər Baydenin sağlamlıq vəziyyəti necə olacaq, bunu zaman göstərəcək. Hələ ki, hər şey ssenari şəklindədir. Əgər sağlamlığı həqiqətən çox dramatik olarsa və eyni zamanda anketlərdə Trampın gerisində qalarsa, “demokratlar”ın belə bir addım atması mümkün ola bilər. Hələ ki, Tramp-Bayden yarışı görünür.

“Baydenin sağlamlığı daha da pisləşsə, Trampın çox gerisində qaldığı ortaya çıxarsa, Baydenin yerinə Kamala Harrisi görə bilərik. O zaman artıq Amerikan siyasətində yeni bir durum yaranacaq. Kampaniya müddətində əsas namizədin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Əgər dediyimiz şərtlər daxilində Kamala Harris namizəd olarsa, o zaman Tramp üçün Baydenlə mübarizə əvəzinə Kamala Harrislə mübarizə daha çətin ola bilər. Çünki qadın kimi avantaj istifadə edə bilər və “ölkənin ilk qadın prezidenti olmaq” fikrini irəli sürə bilər. Bu çərçivədə "yenilik", Amerika seçicilərini hərəkətləndirə bilər. Həm də daha sağlam bir namizəd olma ehtimalı var. Bu, Tramp üçün işləri biraz daha çətinləşdirə bilər”-deyə şərhçi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »