Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Türkiyə ortaq universiteti müasir texnologiya ilə təchiz edilmiş elmin mərkəzi olmalıdır"
"Azərbaycan-Türkiyə ortaq universiteti müasir texnologiya ilə təchiz edilmiş elmin mərkəzi olmalıdır"

“Türkiyə ilə Azərbaycan arasında son bir ildə Müştərək Universitetin yaradılması ilə bağlı əldə olunmuş razılaşma çox mühüm və zəruri bir nəticədir. Mən Qarabağ qələbəsinin ilk günlərindən bu haqda yazıram, danışıram. Bu mərhələyə gəlib çatması şəxsən məni ən çox sevindirən hadisələrdən biridir.

Burada bir məsələyə diqqət çəkmək istərdim. Mətbuatda əksini tapan məlumatlara görə, Bakıda yaradılacaq Universitetin Mühəndislik və Texnologiya fakültələrindən ibarət olacağı anlaşılır. Bu, mənim fikrimdir. Bu mövzuda heç bir güzəştə getmədən, açılacaq şöbələrdə dünyanın ən qabaqcıl texnologiyalarını istehsal edəcək kadrlar yetişdirilməlidir. Universitet tamamilə elmin nəzarəti altında fəaliyyət göstərməli, Türkiyə və Azərbaycan gənclərinin, Türk Dünyası və digər dünya ölkələrindən ağıllı gənclərin toplaşdığı bir mərkəz kimi layihələndirilməlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Onun sözlərinə görə, bu universitet qabaqcıl texnologiyanı dizayn edən bir mərkəz olmalıdır və bu prinsipdən heç vaxt imtina edilməməlidir. Müdafiə sənayesi texnologiyaları və qabaqcıl kosmik tədqiqatlar aparmaq üçün yerləşdirilməlidir. Professor bildirib ki, mümkün olarsa, bu elmi dizayn Əziz Sancarın nəzarətində olmalıdır. Bir sözlə, adi bir universitet kimi deyil, dövrün ən son texnoloji tədqiqatlarını aparmağa qadir bir universitet kimi dizayn edilməlidir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Kərəm Qarabulud bildirib ki, Qarabağ zəfəri bizə göstərdi ki, texnoloji üstünlüyə malik olmaq böyük üstünlük verir. Bu inkişaf hədəfi Türkiyə ilə Azərbaycan arasındakı mövcud xarici ticarətin təqribən 7,5 milyard dollardan proqnozlaşdırılan 15 milyard dollara yüksəlməsinə imkan verəcək və hər iki ölkənin istehsal etdikləri texnologiyaların patent gəlirlərindən uzunmüddətli perspektivdə əhəmiyyətli gəlirlər əldə etməsinə imkan verəcək.

Professor qeyd edib ki, Zəngəzur dəhlizinin açılması baş tutandan sonra Türkiyə ilə Azərbaycan arasında ticarət ən azı iki dəfə artacaq və regionda iqtisadi, siyasi və sosial rifahda əhəmiyyətli artım baş verəcək. Qurulacaq bu universitet də bu inkişafın təməl infrastrukturunun yaradılmasında mühüm mərkəz rolunu oynayacaq.

“Bu münasibətlə qurulacaq universitetin xeyirli olmasını, Azərbaycan-Türkiyə birliyinin əbədi olmasını arzu edirəm”-deyə professor əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »