Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dakı zooparkda timsahın mədəsindən 70 sikkə çıxarılıb
ABŞ-dakı zooparkda timsahın mədəsindən 70 sikkə çıxarılıb

ABŞ-ın Nebraska ştatındakı zooparkda yaşayan timsahın mədəsində yad cism olduğu aşkarlanıb. Bundan sonra timsah əməliyyata götürülərək mədəsindən 70 sikkə (dəmir pul) çıxarılıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, zoopark rəhbərliyinin verdiyi məlumata görə, mavi gözlü və ağ dərili nadir leykistik timsah üzərində cərrahiyyə əməliyyatı uğurla keçib və sağalıb.

Omahadakı Henry Doorly Zoo və Akvarium ziyarətçilərin heyvanın yaşadığı əraziyə sikkələr atdığını və 36 yaşlı timsahın təmizlikdən əvvəl onları yediyi bildirib. Zoopark rəhbərliyi "Tibodaux" adlı timsahın mədəsindən çoxlu miqdarda sikkələr çıxarıldıqdan sonra ziyarətçiləri "zooparkdakı hər hansı su hövzəsinə sikkə atmaqdan" çəkinməyə çağırıb.

Henry Doorly Zooparkındakı 10 timsahın hamısı qan alma və rentgenoqrafiya kimi müxtəlif müayinələrdən keçib. Baytar Kristina Plooq bildirib ki, "Thibodaux"un mədəsindəki bütün sikkələr heç bir problem yaratmadan çıxarılıb.

Zoopark rəhbərliyi "Facebook" hesabında paylaşdığı paylaşımda heyvanların yaşadığı yerlərdə rutin təmizlik işlərinin aparıldığını bildirib: "Ancaq keçirilən iki təmizlik arasındakı müddətdə timsahlar təmizlənəcək əşyaları artıq yemiş ola bilər, buna görə də əhlidən xahiş edirik heyvanlara yad əşyalar ataraq onların həyatına təhlükə yaratmasınlar", - deyə paylaşımında qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »