Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Afrikadan qovulan Fransa Cənubi Qafqazda oyuncağa çevirdiyi Ermənistanı itirməkdən qorxur"
"Afrikadan qovulan Fransa Cənubi Qafqazda oyuncağa çevirdiyi Ermənistanı itirməkdən qorxur"

İstər 2020-ci il 44 günlük müharibədə qazanılan qələbə,  istərsə də 2023-cü ildə 23 saatlıq lokal antiterror əməliyyatının nəticəsini hamı və hətta məğlub Ermənistan belə qəbul etməyə məcbur oldu. Yenə də bir əmma var: Fransa bu qələbəni həzm edə bilmir. Dünya tarixinə müstəmləkəçilik siyasəti ilə damğasını vuran Fransa, bir çox müstəmləkələrindən açıq şəkildə qovulsa da, bunlardan dərs almağı bacarmır. Fransa Ermənistana yardımlar edərək, Ermənistanı yeni müstəmləkəsi kimi xəyal edir. Bu proseslərdə Azərbaycanın da daxili siyasətinə burun soxur, ərazi bütövlüyü üçün təhlükə yaradır. Özünü sülh çarçısı kimi göstərən və digər tərəfdən Ermənistana silah daşıyan Fransa, bir neçə gün öncə Xocalı soyqırımının ildönümündə yenə absurd bir açıqlama ilə gündəmə gəldi. Fransa səfirlyinin açıqlamasında deyilir: “Xocalı faciəsinin təkrarlanmaması üçün regionda sülh üçün çalışmaq lazımdır”.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında təssüflə bildirib ki, Minsk qrupunda olan Fransa, ABŞ və Rusiya işğal zamanı heç nə etmədi. Professorun fikrincə, onlar əslində heç nə etmədən Ermənistanı qorudular. Qarabağ qələbəsindən sonra Azərbaycan torpaqlarını öz gücləri ilə geri alanda erməniləri yenidən qorumaq, bölgədə siyasi və iqtisadi gözləntilərini itirməmək üçün belə bəyanatlar verdilər.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Professor hesab edir ki, Xocalı qanı hələ qanı qurumamış soyqırımdır. Fransa ədalətli dövlətdirsə, Xocalı soyqırımında ermənilərin vurduğu mənəvi və maddi ziyana görə Azərbaycana təzminat ödəməsi üçün Ermənistana təzyiq etməlidir. Çünki ermənilər bu günə kimi Azərbaycana 1 trilyon dollara yaxın maddi ziyan vurublar. Mənəvi ziyanı isə, pulla ölçmək olmaz.

Professorun fikrincə, Fransanın digər narahatçılığı Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur açılsa və ardınca Türkiyə-Ermənistan sərhəd qapıları açılsa, Fransa alət olaraq istifadə etdiyi Ermənistanı itirəcəyinə əmindir.

Kərəm Qarabulud hesab edir ki, Fransa müxtəlif vədlərlə Fransadakı erməni diasporunu sevindirməyə çalışır.

“Fransa bilməlidir ki, bundan sonra Xocalı soyqırımı və ya ona oxşar kiçik bir hadisə belə olmayacaq. Artıq Azərbaycan və Türkiyə təxribatlara operativ cavab verəcək gücdədir. Fransa, Azərbaycanın sülh tələblərini nəzərə alaraq regionda sülh mühitinin yaradılmasına töhfə verməlidir. Əgər həqiqətən də sülh istəyirsə...”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »