Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alyaskapoks" virusundan ilk ölüm qeydə alınıb
"Alyaskapoks" virusundan ilk ölüm qeydə alınıb

Alyaskada yaşlı bir kişi çiçək xəstəliyi ilə yaxından əlaqəli yaxınlarda aşkar edilmiş "Alyaskapoks" virusundan öümü ilk qeydə alınmış xəstə olub. Adamın virusa pişik sıyrılmasından yoluxduğu güman edilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "AKPV" olaraq da bilinən "Alyaskapoks" adlı virusun kiçik gəmiricilərdən insanlara keçdiyi güman edilir. Kiçik dəri lezyonları, şişkin limfa düyünləri və əzələ ağrısı kimi yüngül narahatlığa səbəb olur.

Alyaskanın Fairbanks şəhərində alimlər tərəfindən ilk dəfə müşahidə edildiyi 2015-ci ildən bəri yalnız yeddi yoluxma hadisəsi bildirildi. Məlumata görə, "AKPV"dən dünyasını dəyişən kişinin immun sistemi zəif olub və o, xərçəngdən müalicə olunurmuş.

Alyaska sakini olan kişi dəri infeksiyasına yoluxduqdan sonra onda fəsadlar yaranmağa başlayıb. Bu da, böyrək çatışmazlığına və nəticədə yanvarın sonunda ölümünə səbəb olub.

O, Alyaskanın Kenay yarımadasının ucqar bir hissəsində tək yaşayıbı. Səlahiyyətlilər onun birlikdə yaşadığı, tez-tez kiçik məməliləri ovlayan və simptomları başlayanda onu qaşıyan pişikdən Alyaskapox xəstəliyinə yoluxmuş ola biləcəyini söyləyiblər.

Pişik virus üçün mənfi nəticə göstərdi, lakin virus pəncələrindən yayıla bilər. Əsas yoluxma mənbəyi hələ dəqiq müəyyən edilməyib.

"AKPV"nin insanlar arasında ötürülməsinə dair heç bir dəlil yoxdur, lakin Alyaska səhiyyə işçiləri əlavə ehtiyat tədbiri olaraq dərilərində olan hər hanısı bir yara və ya sıyrıqları sarğı ilə örtməyi tövsiyə edir.

Alyaska Səhiyyə Departamenti həmçinin pişik və it kimi ev heyvanlarının "virusun yayılmasında rol oynaya biləcəyi" barədə xəbərdarlıq edib. Alimlər patogenin əsas ötürülmə üsulunu hələ müəyyənləşdirməyiblər.

İlk dəfə təxminən 10 il əvvəl kəşf edilsə də, "Alyaskapoks"un mülayim təbiətinə görə "bundan çox əvvəl" yayıldığı, yəni əksər infeksiyaların qaçırıldığı düşünülür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »