Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AK Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro ayıracaq
AK Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro və Milli Dayanıqlı Enerji Mərkəzinə texniki dəstək üçün 3 milyon avro ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Kişineuda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirdiyi birgə brifinqdə o qeyd edib ki, AK həm də elektrikləşdirmə prosesini genişləndirməklə, eləcə də enerji sektorunu optimallaşdırmaqla 2050-ci ilə qədər emissiyaların sıfır səviyyəsinə nail olmaqda ölkəyə dəstək verəcək.

“Danışıqlara başlamaq qərarından sonra biz Aİ ilə dialoqumuzun daha da intensiv olacağı yeni mərhələyə qədəm qoyuruq ki, 2027-2028-ci illərdə Rumıniya və Beltsı-Suçava ilə enerji əlaqəsini başa çatdıranda Aİ-nin enerji bazarına inteqrasiya edə bilək”, - Parlikov bildirib.

Moldova Vulkaneştı-Kişineu və Beltsı-Suçava hava elektrik xətlərinin (400 kV) çəkilməsi, eləcə də Straşenıda 400 kV-lik üçüncü şəbəkələrarası xəttin tikintisini davam etdirməyi öhdəsinə götürüb.

Son xəbərlər
Bütün xəbərlər »