Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket atıb
Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket atıb

Koreya Xalq Demokratil Respublikası (KXDR) qərb sahilindən bir neçə qanadlı raket buraxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Koreya Respublikasının hərbçilərinə istinadən məlumat yayıb.

Hərbçilərin verdiyi məlumata görə, sayı hələ dəqiqləşdirilməyən raketlər yerli vaxtla saat 11:00-da (05:00) Sarı dənizə doğru atılıb. Seulda onlar buraxılışların Pyonqan-Buk-do və ya Pyonqan-Namdo əyalətlərinin ərazilərindən həyata keçirilmə ehtimalını müəyyənləşdirməyə çalışırlar. İlkin məlumatlara görə, uçuş vaxtı bir neçə on dəqiqə, məsafə isə yanvarın 30-da olduğundan az olub.

"Yonhap" xəbər verir ki, Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və KXDR-i izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb. Hərbi sözçü əlavə edib ki, Şimali Koreya çox güman ki, silahlarının dəqiqliyini artırmaq üçün təlimlər keçir. Hazırda hansı tip raketin buraxıldığı məlum deyil: "Bunlar "Hvasal-2" və ya "Pulxvasal-3-31" ola bilər", - deyə agetlik Cənubi Koreya hərbçilərinə istinadən bildirir.

Qeyd edək ki, Yanvarın 30-da Şimali Koreya “Hvasal-2” strateji qanadlı raketinin təlim buraxılışını həyata keçirib. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yanvarın 28-də ölkə lideri Kim Çen Inın rəhbərliyi altında "Pulhvasal-3-31" sualtı qayıqlarından iki yeni qanadlı raketin uğurlu sınaq buraxılışı həyata keçirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »