Bir çoxumuz gecə yatarkən mobil telefonlarımızda “təyyarə rejimi” seçimini aktivləşdirməyə öyrəşmişik. Bu kiçik, lakin təsirli hərəkətin illərdir radiasiyanın qarşısını aldığı bilinir.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, telefonu təyyarə rejiminə qoymaq gündəlik həyatımızın adi bir hissəsi kimi görünsə də, həqiqətən radiasiyanın təsirlərini aradan qaldırmaq potensialı ola bilərmi?
Əgər siz də eyni səbəbdən yatarkən telefonunuzu təyyarə rejiminə qoyursunuzsa, oxumağa davam edin.
Telefonlar təmin etdiyi rahatlıq və ünsiyyət imkanları ilə həyatımızın ayrılmaz hissəsinə çevrilib
Bu texnoloji möcüzələrin yaydığı elektromaqnit şüaları ilə bağlı narahatlıqlar, xüsusən də telefonlar bədənimizə yaxın olduqda artır. Bu narahatlıqların bəziləri telefondan təyyarə rejimində istifadə etməklə bir çox insanlar tərəfindən yüngülləşdirilir.
Təyyarə rejimi telefonların simsiz rabitə funksiyalarını söndürən funksiyadır. Bu rejimdə olarkən "Wi-Fi", "Bluetooth", "GPS" və mobil məlumat bağlantısı kimi bütün simsiz siqnallar söndürülür. Buna görə də telefonlar təbii ki, minimum radiasiya yayır.
Radiasiya ilə bağlı narahatlıqlar tez-tez mobil telefonların bədənə nə qədər radiasiya udduğunu müəyyən etmək üçün istifadə edilən SAR (xüsusi udma dərəcəsi) dəyərləri vasitəsilə həll edilir
Təyyarə rejimində istifadə edilən telefonların SAR dəyərləri ümumiyyətlə azalır, çünki onların simsiz rabitə xüsusiyyətləri qeyri-aktiv olur. Tədqiqatlar həmçinin göstərir ki, təyyarə rejimində olan telefonlar normal rejimdən daha az səviyyədə radiasiya yayır.
Amma yenə də deyirik ki, dərhal sevinməyə dəyməz. Çünki onun radiasiyanı qəti şəkildə kəsdiyinə dair hələ heç bir dəlil yoxdur.
Radiasiyanı azaltdığı qəbul edilir... Təəssüf ki, onu aradan qaldırdığını deyə bilmərik
Ola bilsin ki, hətta telefonunuzu söndürmək daha yaxşı həll yolu ola bilər, çünki telefon təyyarə rejimində olduqda yalnız onun simsiz funksiyaları qeyri-aktiv olur; Digər xüsusiyyətlər isə aktiv fəaliyyətdə olur. Bu səbəbdən radiasiyanın tamamilə yox olmasından danışa bilmərik.
Bu narahatlığı bir az azaltmaq istəyirsinizsə, ən yaxşı seçiminiz əlbəttə ki, təyyarə rejimi olacaq.
Qadir, Bizimyol.info