Almaniyanın Elmshorn şəhərində Şahin Ailəsinin bağçasına düşən meteorit üçün 200 min Avrodan çox təklif edilib.
Bizimyol.info xəbər verir ki, Almaniyanın "Bild" qəzeti keçən il aprelin 25-də türk əsilli Şahin Ailəsinin yaşadığı evin bağçasına düşən 3,7 kiloqram ağırlığında nadir meteoritin 200 min avrodan çox qiymətə satıldığını yazıb.
46 yaşlı Mahmut Şahin: "Bir çox insanlar meteoriti almaq üçün müxtəlif qiymətlər təklif etdilər. Hindistandan bir nəfər mənimlə əlaqə saxladı. Biz Qətərdə keçiriləcək hərracda iştirak etməyi düşünürdük. Hətta bunun üçün evimizə amerikalılar da gəldi", - deyə bildirib.
Meteoritin ekspertlər tərəfindən araşdırıldığını və qiymətləndirildiyini bildirən Şahin, təxminən 200 min avroya alıcı ilə razılaşmağa yaxın olduqlarını söylədi.
Qadir, Bizimyol.info