Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
86 saylı qərarla "can verən" Bakıda kasıbın mərkəzdəki evini "əlindən alıb", şəhərdən kənara "sürgün" edirdilər...
86 saylı qərarla "can verən" Bakıda kasıbın mərkəzdəki evini "əlindən alıb", şəhərdən kənara "sürgün" edirdilər...

Bir neçə gün əvvəl Bakının Baş Planı təqdim edilib. Bu həmin o Baş Plandır ki, əslində 2005-ci ildə həyata keçirilməli idi. Öncə onu xatırladaq ki, Bakının Baş planı sonuncu dəfə 1986-cı ildə tərtib edilmişdi. O zamanlar Azərbaycan hələ müstəqilliyini bərpa etmiş olmasa belə, rusların Bakı haqqında verdiyi qərar da Bakının bu günkü günündən daha yaxşı idi. Ən azından Bakı şəhərində arxitektura baxımdan diqqət çəkən gözəl binalar inşa edilmişdi. Ən azından Bakının bu günkü vəziyyətindən daha yaxşı idi.

Yeni Baş Planda əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər nəzərdə tutulub.

İndi məsələyə real yanaşaq: Bakı 18 ildir ki, Baş Plan olmadan “ayaqdadır”. Bu müddətdə də Bakıda, sözün əsl mənasında özbaşınalıq höm sürüb. Dib-dibə ikilən göydələnlər, mənimsənilən ərazilər, kəsilən ağacların yerində tikilən binalar və s. Yəni 18 ildə Bakı məhv edilib. Bu gün isə, hansısa xarici şirkət tərəfindən Bakı üçün Baş Plan hazırlanıb. Bulvar uzadılacaqmış... Yeni ictimai nəqliyyat vasitələri olacaqmış. Bu yerdə deyirlər ki, “avazın yaxşıdır, oxuduğun...”

Baş Plan idealdır, amma...

Çox maraqlıdır ki, bu Baş Plan necə həyata keçiriləcək? Binalarmı söküləcək? Yeni parklarmı salınacaq?

2016-cı ilə nəzər salaq. Nazirlər Kabineti Baş Plan olmadan 86 saylı qərar çıxarıb, Bakıda istismar müddəti birmiş binaların sökülməsi və yeni binaların tikilməsi ilə bağlı qərar verdi. Diqqət yetirin, bu qərarı Nazirlər Kabineti verdi, Baş Planı təsdiq edən qurum... Bu qərardan sonra Bakıda sözün əsl mənasında söküntü bumu, etirazlar başladı. Pilot layihələr bir kənara, işbazlar ortaya tökülübbu köhnə binaların və həyət evlərinin ərazilərini "qamarlamağa" başladılar. Bəli, yalnış anlamadınız: “qamarlamağa”... Elə bir vəziyyət yaranmışdı ki, “kimin əlinin kimin cibində olması” bəlli deyildi. Bəlli olan o idi ki, şəhərin mərkəzində yaşayan kasıb əhalinin əllərində olanı ucuz qiymətə əlindən alıb, şəhərdən kənara “sürgün” edirdilər. İşbazlar iş başında idi, hamı qazanmaq üçün mübarizə aparırdı.

Bakını “tikib” qurtardıqdan sonra, 86 saylı qərar ləğv edildi. Sonra da tikinti şərtləri çətinləşdirildi. Çünki Bakıda “tikilmək” üçün az torpaq qalmışdı. Daha çox “verən” əldə edə biləcəkdi, o torpaqları...Və Bakı tamamilə "bitdikdən" sonra, bəli, yanlış anlamadınız, bitdikdən sonra bir Baş Plan ortaya çıxır ki, bəs Bakı yenidən qurulacaq.

86 saylı qərar niyə verilmişdi?

Bu mövzuda saatlarla, günlərlə danışmaq olar. Amma Türklərin bir məsəli var: “görünən köy klavuz istəməz”... Yəni, hər şey gün kimi aydındır...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »