Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şərqlə-qərbi birləşdirəcək Zəngəzur dəhlizi, ABŞ və Fransanın təzyiqi ilə Ermənistan tərəfindən yubandırılır"
"Şərqlə-qərbi birləşdirəcək Zəngəzur dəhlizi, ABŞ və Fransanın təzyiqi ilə Ermənistan tərəfindən yubandırılır"

"Zəngəzur dəhlizi nəinki Ermənistan üçün regionda yaşayan bütün dövlətlər üçün çox vacibdir. Çünki bu dəhliz mərkəzi Asiyanın, şərqlə qərbi birləşdirən bir dəhliz rolunu oynayacaq və region dövlətlərinin iqtisadiyyatına güclü təkan verəcəkdir. Çox təəssüflər olsun ki, Ermənistan dəhlizin açılmasının əleyhinədir və bir anlayışla xarici qüvvələrin Amerikanın, Fransanın tərkidi ilə bu prosesi yubandırır. Müəyyən məsələlər qarşıya qoyur ki, bu da Azərbaycan tərəfindən qəbuledilməzdir".

Bu barədə Bizimyol.info Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputatın sözlərinə görə, 10 noyabrda imzalanmış bəyanatda bu dəhlizin məhdudiyyət infrastrukturunun yaradılması öz aydın ifadəsini tapıb. Sonraki mərhələlərdə də bu dəhlizə bilavasitə rus sülhməramlılarının nəzarət etməsi nəzərdə tutulurdu.

Tahir Rzayev Tahir Rzayev

Deputat təəssüflə qeyd edib ki, bu gün Ermənistan tərəfindən müəyyən fikirlər səsləndirilir.

“Burada gömrük xidmətinin qurulması Azərbaycandan-Naxçıvana, Naxçıvandan-Azərbaycana gəlib-gedən insanların yüklərini avtonəqliyatın gömrüyə cəlb olunması, onlardan vergilərin alınması və digər inzibatçılıq məsələləri qarşıya qoyur ki, bu da qəbuledilən deyil. Çünkü tarixən sovet dövründə bu yol işlək olub və müəyyən beynəlxalq normalara əsaslanaraq, yenidən bu dəhlizin açılması çox vacibdir. Ermənistanın gətirdiyi arqumentlərin heç bir əsası yoxdur və cənab prezident İlham Əliyev dəfələrlə səsləndirir ki, “bu dəhliz açılmalıdır”. Digər tərəfdən artıq İranla sərhəddən Naxçıvana digər bir yolun çəkilməsi plandadır və bununla əlaqədar müəyyən məsələlər gündəmdə olub, şərhlər verilib. Ancaq Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan üçün, Ermənistan üçün daha faydalıdır. Əgər bu dəhliz açılmasa demək olar ki, Ermənistanla olan bütün sərhədlər bağlanılacaq.

Digər tərəfdən Ermənistan Türkiyə məsələlərində belə bir dönüş yarana bilməz. Dəhlizin açılmasında Rusiya, Gürcüstan son dövrlərdə İran da maraqlıdır”-deyən deputat vurğulayıb ki, nəinki region dövlətləri eləcə də, bir çox Avropa ölkələri və mərkəzi Asiya respublikaları bu yolun açılmasına böyük önəm verirlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »