Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Türkiyə münasibətləri həm liderlər səviyyəsində, həm xalqlar səviyyəsində inkişaf etdirilir"
"Azərbaycan-Türkiyə münasibətləri həm liderlər səviyyəsində, həm xalqlar səviyyəsində inkişaf etdirilir"

“Azərbaycan prezidenti cənab İlham Əliyevin söylədiyi o fikir: “hərhansı bir ciddi məsələ olarsa, o zaman dostum, qardaşım Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaram, onu məlumatlandıraram”, ifadəsi əslində onu göstərir ki, beynəlxalq arenada da dövlətlər birliyi, qardaşlığı, dostluğu elə də asan məsələ deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb. O, qeyd edib ki, biz - Azərbaycan və Türkiyə olaraq bacarırıq, bu əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsi üçün hətta liderlər səviyyəsində belə ciddi addımlar atılmaqdadır.

Samir Hümbətov Samir Hümbətov

Politoloqun fikrincə, Azərbaycan prezdentinin bu ifadəsi həm də onu deməyə əsas verir ki, dostluq, qardaşlıq münasibətləri dərin köklərə, tarixi təməllərə bağlı bir haldır. Bu münasibətlər həm liderlər səviyyəsində, həm xalqlar səviyyəsində daha da inkişaf etdirilir.

“Bundan sonra gözləntimiz bundan ibarətdir ki, bu əlaqələr daha da dərinləşəcək və həqiqətən də “bir millət, iki dövlət, tək yumruq” prinsibi ilə davam edəcək. Bu isə, münasibətlərimizin daha üst səviyəyə qalxmasına səbəb olacaq”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »