Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəmiyyətdən "uzaqlaşan" televiziya kanallarında ən çox nə göstərilir: informasiya, reklam, idman...
Cəmiyyətdən "uzaqlaşan" televiziya kanallarında ən çox nə göstərilir: informasiya, reklam, idman...

Telekanalların fəaliyyəti həmişə tənqid obyekti olub. Televiziyanın işindən razılığı az qala heç eşitmək olmur. Sosial platformalarda, sorğularda yalnız tənqid nəzərə çarpır. Əksəriyyət hesab edir ki, telekanallar milli-mənəvi dəyərlərə zərbə vurmaqla məşğuldur. Cəmiyyət üçün faydalı sayıla biləcək verilişlərin sayı çox azalıb.

Bizimyol.info xəbər verir ki, Audiovizual Şura 2023-cü ilin noyabrı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmunu ilə bağlı göstəriciləri açıqlayıb. Səhər saat 7-dən gecə 1-ə qədər yayımlanan proqramlarla bağlı göstəricilər ictimaiyyətə təqdim olunub. Monitorinq AZTV, İTV, İdman TV, Mədəniyyət TV, ATV, Space TV, Xəzər TV, ARB, ARB24, CBC SPORT, REAL TV kanallarını əhatə edib.

“Agora” Analitik Kollektiv Audiovizual Şuranın açıqladığı göstəricilər əsasında telekanallarda ən çox hansı məzmunlu proqramlara yer verildiyini təhlil edib. Məlum olub ki, Azərbaycan televiziyasında informasiya və analitik çəkisi olan verilişlərin sayı daha çoxdur. Efirin 25 faizini bu istiqamət təşkil edir. Bundan sonrakı yeri reklam tutur. Yəni tamaşaçıya ya informasiya ötürülür, ya da nəsə reklam olunur.

Bütün siyahını yazaq:

  • İnformasiya və analitik 25,0 %
  • Reklam 16,6 %
  • İdman 15,3 %
  • Musiqi və əyləncə 12,1 %
  • Mədəni-maarif 9,7 %
  • Sosial yönümlü 5,7 %
  • Bədii filmlər (xarici) 3,9 %
  • Anons və elan 3,4 %
  • Seriallar (xarici) 2,0 %
  • Sənədli filmlər 1,9 %
  • Seriallar (yerli) 1,5 %
  • Sosial reklam 0,8 %
  • Bədii filmlər (yerli) 0,6 %
  • Cizgi filmi 0,6 %
  • Teleticarət 0,5 %
  • Uşaq 0,4 %

Siyahı hər şeyi deyir. Bu qədər reklam missiyası olan verilişlərə nə ehtiyac var? Hətta sosial istiqamətli proqramlar, komediya yükü olan seriallarda da reklam diqqət çəkir. Aşkar, gizli hansısa şirkət və ya məhsul reklam olunur.

Efirdə idman yükü də çox artıb. Əyləncə onsuz da həmişə var idi. Bunların olmamasını da heç kim demir. Amma televiziya təkcə pul qazanmaq üçün deyil. Televiziya cəmiyyətlə emosional bağlar qurmalıdır. Cəmiyyətin durumu telekanalları həmişə narahat etməlidir. Maarifləndirici verilişlərin sayı çox azdır.

Nə qədər əyləncə, idman, reklam olar?!

Sənədli filmlərin göstəricisini görürsünüz. Niyə belə az olsun axı?! Sənədli filmlərin mədəni-maarif missiyası çox böyükdür.

Biz tamaşaçıya nə göstərəcəyiksə, ona da baxmağa məcbur qalacaq. İnformasiyanı internetdən də almaq olar. Televiziya yaradıcı məhsullar ortaya qoymalı, cəmiyyətlə həmahəng işləməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »