Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekvadorda canlı yayıma basqın edərək jurnalistləri girov götürüblər - Video
Ekvadorda canlı yayıma basqın edərək jurnalistləri girov götürüblər - Video

Ekvadorun liman şəhəri Quayaquildə maskalı silahlı şəxslər canlı yayım zamanı Ekvador televiziya kanalına hücum edərək jurnalistləri və digər işçiləri girov götürüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Əllərində uzun lüləli silahlar və partlayıcı maddələr olan dəstə basqın zamanı televiziya işçilərini yerə yıxdıqları görülüb. Canlı yayımda bir qadının “atma, xahiş edirəm, çəkmə” qışqırması eşidilib.

"Kito və Quayakildəki Milli Polis bölmələri bu cinayət əməli ilə bağlı xəbərdarlıq edilib və hadisə yerindədir", - deyə polisin açıqlamasında qeyd edilir.

Dünən "Los Çoneros" dəstəsinin lideri “Fito” ləqəbli Xose Adolfo Macias Villamarın saxlandığı Quayaquil həbsxanasından yoxa çıxıb. Bununla bağlı prezident Daniel Noboanın fövqəladə vəziyyət elan edib və sözügedən basqın da məhz bundan bir neçə saat sonra həyata keçirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »