Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda Qasım Süleymaninin məzarı yaxınlığında ard-arda partlayışlar baş verib
İranda Qasım Süleymaninin məzarı yaxınlığında ard-arda partlayışlar baş verib

İran İnqilabı Keşikçiləri Korpusunun elit bölməsi olan Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin məzarı yaxınlığında ardıcıl partlayışlar baş verib.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, baş verən partlayışlardan sonra yaranan izdiham nəticəsində xəsarət alanlar olub.

İranın rəsmi "İRNA" xəbər agetliyinin verdiyi məlumata görə, bəzi xəbər mənbələri 20 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirir.

Birinci partlayış Şəhid Süleymaninin məqbərəsinin 700 metrliyində, ikinci partlayış isə ziyarətgahdan bir kilometr aralıda, tədbir iştirakçılarının keçdiyi yoldan və yoxlama qapılarından kənarda olub.

Kerman təcili yardım müdiri bu hadisədə yaralanan 15 nəfərin indiyədək Kirman xəstəxanalarına köçürüldüyünü açıqlayıb.

İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani 4 il əvvəl - 2020-ci il yanvarın 3-də Bağdad hava limanında pilotsuz təyyarənin hücumuna məruz qalaraq ölmüşdü.

Sui-qəsddən sonra İran tərəfdən qisas şüarları səslənsə də, İsrail ittihamlarla bağlı dəqiq açıqlama verməyib. Bununla belə, ötən ilin sentyabrında İsrailin keçmiş Kəşfiyyat rəisi Hayman ibranidilli jurnala verdiyi müsahibədə Süleymaninin qətlində İsrailin məsuliyyət daşıdığını bildirərək ilk etirafı səsləndirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »