Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Yaponiyanı "taxtdan salır"
Çin Yaponiyanı "taxtdan salır"

Son illərdə avtomobil sənayesində kritik dəyişikliklər baş verdi.

Bizimyol.info xəbər verir ki, alternativ enerji mənbələrindən istifadə edən hidrogen və ya elektrik avtomobilləri ənənəvi modellərdən fərqli təcrübələr təqdim edir. Buna görə də bir çox şirkətlər müxtəlif yeniliklərlə bazarda öz yerlərini qorumağa çalışırlar.

Bundan əlavə, Rusiya Ukrayna müharibəsi səbəbindən Avropa şirkətləri tərəfindən embarqoya məruz qalır və Çin şirkətləri həmin bazara daxil olub. Bu dəyişikliklər Çini ən çox avtomobil ixrac edən ölkələr siyahısında birinci yerə çıxarmaq üzrədir.

"Nikkai Asia"nın məlumatına görə, Çin Avtomobil İstehsalçıları Birliyi bu ilin ilk 11 ayında 4,41 milyon avtomobil ixrac etdiyini açıqlayıb. 2022-ci ildən bəri Çinin ixrac etdiyi avtomobillərin sayı 58 faiz artıb. Əvvəlki il ən çox avtomobil ixrac edən ölkə olan Yaponiya bu dövrdə 3,99 milyon avtomobil ixrac edib.

Çin istehsalçıları son zamanlar həm Türkiyədə, həm də Avropada bazar paylarını artırırlar. Buna görə də Avropa İttifaqı Çinin ixracata aqressiv yanaşmasını dayandırmaq üçün yollar axtarırdı. Çindən gələn modellərə əlavə vergilərin tətbiqi də gündəmə gətirilib.

Məlumatlara görə, Çin ötən illə müqayisədə Rusiya bazarında satışlarını 7 dəfə artırıb. Xüsusilə Avropa şirkətlərinin tətbiq etdiyi embarqodan sonra boş qalan bazarı Asiya nəhəngi ələ keçirmiş kimi görünür. Digər maraqlı məqam isə Meksikada Çin istehsalı olan avtomobillərin satışının 71% artması olub.

Türkiyə Çindən ən çox avtomobil ixrac edən 11-ci ölkə oldu. Bu ölkədən elektriklə işləyən avtomobillərin idxalını çətinləşdirən tənzimləmə də edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »