Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
44 milyard dollara satılan "Twitter"in indiki dəyəri açıqlanıb
44 milyard dollara satılan "Twitter"in indiki dəyəri açıqlanıb

İlon Maskın 44 milyard dollara aldığı və "X" olaraq adını dəyişib yeni markaya çevrilən "Twitter"in maliyyə vəziyyəti çox da yaxşı deyil.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, İlon Maskın idarə etdiyi platforma, əsasən reklamçıların geri çəkilməsi səbəbindən gəlir itkisinə məruz qalıb.

Platformanın yeni baş direktoru Linda Yaccarino çox çalışsa da, görünür, investorları inandırmaqda çətinlik çəkir.

Aktivlərin idarə edilməsi şirkəti "Fidelity" tərəfindən aparılan araşdırma "X"in cari dəyərini ortaya qoyub. Paylaşılan rəqəmə baxdığımızda görürük ki, "X" əvvəlki ilə müqayisədə ciddi şəkildə dəyər itirib. Çünki "Fidelity"nin araşdırmasına görə, "X"in dəyəri İlon Maskın onu aldığı gündən bəri 71 faiz azalaraq 12,76 milyard dollara düşüb.

"X"in cari dəyəri ilə bağlı araşdırmalar keçmişdə də aparılıb. Eyni araşdırmanı 2023-cü ilin may ayında həyata keçirən "Fidelity", şirkətin dəyərinin 15 milyard dollar civarında olduğunu açıqlamışdı. 2023-cü ilin oktyabrında "Reuters" həmin platformanın maliyyə dəyərini göstərən bir araşdırma aparıb. Bu araşdırmaya görə şirkətin dəyəri 8 milyard dollar olub. "X" ən aşağı ölçülən səviyyəsindən 50 faiz daha dəyərli görünür.

Elon Musk etiraf edir ki, "X" çətin vəziyyətdədir. Əslində, biznesmenin fikrincə, platforma iflas riski altındadır. Lakin bütün bunlara baxmayaraq, İlon Mask sözündən dönmür və geri addım atmır. Əslində, bir neçə ay əvvəl bir tədbirə qatılan Mask dəqiq demişdi: “Əgər kimsə məni reklam və ya pulla şantaj edəcəksə, bu məni qorxutmur, gedə bilər. Lənət olsun. Bu kifayət qədər aydın idimi?”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »