Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazıntılar zamanı aşkar edilən 800 illik məscid ibadətə açılır
Qazıntılar zamanı aşkar edilən 800 illik məscid ibadətə açılır

Ərzincanın Kemah rayonundakı qalada aparılan qazıntılar zamanı xarabalıqları tapılan və yaşı 800 il olduğu təxmin edilən məscid tarixi qeydlərə əsaslanaraq ilkin vəziyyətinə qaytarılıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi Bölməsinin koordinasiyasında 2010-cu ildə başladılan qazıntılar zamanı xarabalıqları tapılan Bəy Məscidinin şəhər mərkəzindən 50 kilometr uzaqdakı təpə üzərində inşa edilən Kemah qalasında yenidən canlandırılması üçün işlərə başlanılıb.

Kemah Bölgə rəhbərliyi tərəfindən hazırlanan 2 milyon 700 min lirə dəyərində bir layihə ilə bərpasına 2021-ci ildə başlanan tarixi məscid, tarixi qeydlərə əsaslanaraq, Şimali Şərqi Anadolu İnkişaf Agentliyinin (KUDAKA) və xeyriyyəçi iş adamlarının dəstəyi ilə orijinala uyğun olaraq inşa edilir.

Anadoluda ilk türk bəyliklərindən olan Mengücek xalqının məskunlaşma mərkəzi olan Kemah qalasındakı təxminən 800 illik bəy məscidi də Övliya Çələbinin Səyahətnaməsində yer alır. Kemah Bələdiyyə Başçısı Osman Kamal Aslan mətbuata bildirib ki, orijinal formasına uyğun olaraq yenidən qurulan Bəy məscidi tezliklə ibadət üçün açılacaq.

Qalada aparılan qazıntılar zamanı aşkar edilən 800 illik məscidin rayon turizminə böyük töhfə verəcəyini vurğulayan Aslan: “Övliya Çələbi səyahətnaməsində qeyd etdiyi kimi, Kemah qalasında 11 məscid olduğunu yazıb. Ərzurum Atatürk Universiteti tərəfindən aparılan qazıntılar zamanı bu məscidlərdən birinin Bəy məscidi olduğu üzə çıxıb. Qazıntılar zamanı üstü açılan məscidin bərpası üçün 2021-ci ildə rayon qubernatorluğumuzla birlikdə Şimali Şərqi Anadolu İnkişaf Agentliyinə layihə təqdim etdik. Layihə qəbul olunandan sonra alınan vəsaitlə məscidin bərpasını həyata keçirdik. Məqsədimiz Kemah bölgəmizdə turizmi canlandırmaq və 800 illik məscidi üzə çıxarmaq idi. Məscidin ilkin bərpası başa çatıb. Rayon qubernatorluğumuz tərəfindən abadlıq və işıqlandırma işləri tamamlandıqdan sonra məscid ibadət üçün açılacaq”, - deyə qeyd edib.

İlkin formasına uyğun olaraq bərpa edilən məscidin xüsusi günlərdə və bayram namazlarında ibadət üçün açılacağını açıqlayan Aslan deyib: “İnşallah, ərazidəki abadlıq işləri başa çatandan sonra bu məsciddə namaz qılacağıq”, - deyib.

Aslan, araşdırmaya görə Bəy məscidinin “ilk cümə namazının qılındığı məscidlərdən biri” olduğunun müəyyən edildiyini bildirib: “Biz bu məscidi Kemaha qaytarmaqdan xoşbəxtik. Məscidin yenidən istifadəyə verilməsi üçün keçmişdən bu günə qədər səy göstərən bütün məsul şəxslərə təşəkkür edirəm”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »