Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk tərtibatçılar namizədlərlə müsahibə edə biləcək süni intellekt yaradıb: “Hiring Cycle”
Türk tərtibatçılar namizədlərlə müsahibə edə biləcək süni intellekt yaradıb: “Hiring Cycle”

Yavaş-yavaş həyatımızın hər sahəsinə inteqrasiya etməyə başlayan süni intellekt, türk tərtibatçılarının irəli sürdüyü bir fikir sayəsində insan resursları departamentinə də daxil olub.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, “Hiring Cycle” adlı yeni süni intellekt bundan sonra şirkətlərə işə qəbul proseslərini asanlaşdırmağa və mümkün olan ən yaxşı namizədi seçməyə kömək edəcək. Qeyd edilir ki, bu süni intellekt sayəsində insan resursları bölməsinin iş yükü azalacaq.

İnsan resursları bir şirkət üçün ən vacib departamentlərdən biridir. Kadrları savadına, qabiliyyətinə və səmərəliliyinə görə seçmək işin ən çətin, həmçinin vacib tərəfləridir. Nəticədə, bu bölmə şirkətin gələcəyinə təsir edəcək kadrlarla bağlı bütün prosesi idarə etməyə çalışır. Ona görə də onların iş yükü çox yüksəkdir.

Əslində, araşdırmalar göstərir ki, insan resursları departamentində çalışanların 90 faizə qədəri operativ və əl işləri ilə məşğul olur və bu, işə qəbul proseslərində performansı aşağı salır.

“Hiring Cycle” təklif etdiyi xüsusiyyətlərlə həqiqətən təsir edici təcrübə təqdim edir. Bu süni intellekt alətindən istifadə edərək siz iş təsvirləri yarada və iş elanları aça, müsahibələr planlaşdıra, müsahibələr keçirə, eləcə də, namizədlər haqqında ətraflı hesabatlar ala bilərsiniz. Bu, şirkətinizə ən çox fayda verəcək kadrlara qərar vermənizi və onlarda digərlərindən üstün cəhətləri aşkarlamağınızı asanlaşdıracaq.

Gəlin vacib bir qeyd edək; Araşdırmalara görə, yanlış kadrların şirkətə gətirdiyi xərc çox vaxt 100 min dollara çatır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »