Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı səfir: Aktivlərin Kiyevə verilməsi Londonun reputasiyasına xələl gətirəcək
Rusiyalı səfir: Aktivlərin Kiyevə verilməsi Londonun reputasiyasına xələl gətirəcək

"Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və onların Kiyevə verilməsi Londonun maliyyə mərkəzi kimi reputasiyasını sarsıdacaq".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkəsinin mətbuatına verdiyi müsahibədə bildirib.

“Prosesin özü aşağıdakı düstura əsaslanır: “Beynəlxalq hüquqa görə tamamilə qeyri-qanuni hərəkətləri qanuniləşdirmək üçün yeni qanunlar icad edilməlidir”. Beynəlxalq hüququn fundamental normalarını dəyişdirəcək yeni qanunların yazılması çətin məsələdir. Avropa Birliyi, Britaniya və Amerika hüquqşünasları hazırda bunun üzərində işləyirlər”, - deyə səfir qeyd edib.

“Xüsusən də maliyyə dünyası ilə əlaqəli insanların rəylərinə görə, bu hərəkətlər nəinki qeyri-qanunidir, həm də Londonun bu sahədə nüfuzunu qoruyub saxlaya bilmiş maliyyə mərkəzi kimi reputasiyasına böyük zərbə vurur”, - Kelin deyib.

Dekabrın 14-də Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Britaniya parlamentinin İcmalar Palatasının Avropa əlaqələri komitəsində çıxış edərək, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya verilməsini dəstəklədiyini açıqlayıb. O, “bunun qanuni yolu olduğuna” əminliyini ifadə edərək, “fövqəladə hallar fövqəladə tədbirlər tələb etdiyini” əlavə edib.

İki gün sonra "Financial Times" qəzeti Yeddilik ölkələrinin nümayəndələrinin son həftələrdə Rusiya aktivlərinin bir hissəsinin müsadirə edilməsi mövzusunda danışıqları intensivləşdirdiyini bildirib. Nəşrin qeyd etdiyi kimi, buna səbəb Aİ-nin Ukraynaya dördillik dəstək proqramına uyğun olaraq 50 milyard avronun ayrılması məsələsinə hələ də qərar verməməsi və ABŞ Konqresinin hələ də Kiyevə 61 milyard dollarlıq yardım paketini təsdiq etməyə hazır olmaması ola bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »