Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqton Ər-Riyada silah tədarükü məhdudiyyətlərini yumşaltmaq niyyətindədir
Vaşinqton Ər-Riyada silah tədarükü məhdudiyyətlərini yumşaltmaq niyyətindədir

ABŞ prezidenti Co Baydenin administrasiyası iki il əvvəl Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə qoyulan məhdudiyyətləri yumşaltmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Amerika administrasiyasının rəsmilərinə istinadən "The New York Times" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, belə bir addıma səbəb krallığın Yəmənin üsyançı Ənsar Allah (Husi) hərəkatının nümayəndələri ilə danışıqlar aparması olub.

Nəşrin qeyd edib ki, Amerika silahlarının ən böyük alıcısı olan Səudiyyə Ərəbistanı gələcəkdə mümkün toqquşmalara qarşı Yəmənlə cənub sərhədini gücləndirmək istəyir. Bundan əlavə, Ər-Riyad nümayəndələri şəxsi söhbətlərində Yaxın Şərq regionunda mümkün eskalasiyaya hazır olmaq lazım olduğunu bildirirlər.

Qeyd olunur ki, silah tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib, üstəlik, Amerika lideri fikrini dəyişə bilər və Konqresin bəzi nümayəndələri belə bir addımın əleyhinədirlər. ABŞ administrasiyasının bir neçə rəsmisi bu il Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin bərpası ilə eyni vaxtda tədarük məhdudiyyətlərinin yumşaldılmasında maraqlı olub, lakin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi səbəbindən bu məsələ ilə bağlı danışıqlar dayandırılıb.

Yəməndə hökumət qüvvələri ilə qiyamçı Ənsar Allah hərəkatının tərəfdarları arasında qarşıdurma 2014-cü ilin avqust ayından davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəyə hücumu ilə ən aktiv fazasına daxil olub. 2023-cü ilin fevralında BMT-nin Baş katibi Antonio Quterreş Yəmənin münaqişənin sülh yolu ilə həllinə doğru irəliləmək üçün real imkana malik olduğunu söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »