Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "İrəvan Bakı ilə danışıqları sıfırdan başlamaq istəmir"
Deputat: "İrəvan Bakı ilə danışıqları sıfırdan başlamaq istəmir"

Ermənistan Azərbaycanla danışıqlarda müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, İrəvanın onları eyni formatlarda davam etdirməsinə üstünlük verilir.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına hakim fraksiyadan olan deputat, xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan Moskvanın danışıqların təşkili ilə bağlı təkliflərinə İrəvanın necə baxması sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində görüşlərin bir neçə raundu baş tutub, iki ölkə liderləri Brüsseldə bir neçə dəfə görüşüblər və burada fundamental məsələlər razılaşdırılıb. “Əvvəlki dövrdə sülh müqaviləsi layihəsinin və fundamental məsələlərin müzakirəsi (Qərb formatlarında) baş tutub. Ona görə də Ermənistan bəyan edir ki, burada səmərəlilik məsələsi var. Hazırkı vəziyyətdə danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, - deyə o əlavə edib.

Deputat xatırladıb ki, vaxtilə Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanıb, lakin sonra onun bir çox bəndləri həyata keçirilməyib. Buna baxmayaraq, Ermənistan tərəfi üçün prioritet məsələ hansı platforma və formatda əldə olunmasından asılı olmayaraq, razılaşmaların həyata keçirilməsidir.

Daha əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və Bakı və İrəvanın müvafiq təklifin aktuallığını nəzərə almasını gözləyir.

Qeyd edək ki, Ermənistan ölkənin bütün siyasi proseslərini Rusiyanın təsir dairəsi xaricində tutmağa çalışır. Bu, bəlkədə Ermənistanın son illərdə apardığı siyasətin yeganə doğru yönü sayıla bilər, indi onlar daha çox Qərbə meyillənirlər, amma onlar burada da yeni səhv edərək bütün ümidlərini  Fransaya bağlayırlar.

Xandanyan bu açığlamanı verərkən unudub ki, "Qarabağ Ermənistandır, nöqtə", deyimi çoxdan gorbagor olub. Artıq həqiqi sahibi tərəfindən işğaldan azad edilən Qarabağ Azərbaycandır. Və onların şərt diqtə etmək limiti çoxdan tükənib. İndi onların ölmüş iddialarını dirilmək üçün Faransa yalnız "Şeyx Nəsurullah" obrazı yarada bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »