Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güvəndiyimiz "dağlar"a qar yağır... Qeyri-neft sektoru da neft-qaz gəlirlərindən birbaşa asılı vəziyyətdədir
Güvəndiyimiz "dağlar"a qar yağır... Qeyri-neft sektoru da neft-qaz gəlirlərindən birbaşa asılı vəziyyətdədir

Neftsiz Azərbaycan iqtisadiyyatının gələcəyini heç cür təsəvvür etmək olmur. Hətta bunu bir anlıq xəyalında canlandırmaq da dəhşətli mənzərə yaradır. Ölkə neftsiz addımlamağa hazır deyil. Dünya bazarında yanacağın qitməti aşağı düşən kimi, dərhal iqtisadiyyatın dizləri əsməyə başlayır. Çünki sərbəst hərəkət etməkdə çətinlik çəkir. Azərbaycan iqtisadiyyatı neftsiz yaşamağa heç bir halda alışmayıb.

Bizimyol.info xəbər verir ki, bundan sonra zamanlar neft gəlirlərinin azalacağı gözlənilir. Maliyyə naziri Samir Şərifovun və hökumətin başqa nümayəndələrinin bu barədə açıqlamaları var. Neft gəlirləri və bu istiqamətdəki vergi daxilolmaları azalacaq. Onsuz da qiymətlər sabit olmur. Yəni gözlənilən qədər yüksək deyil. Üstəlik, hasilat çox aşağı düşüb. Ölkədə aşkar pul azlığı hiss olunur.

Taleyimiz necə olacaq? İndi bu sualı sıravi adamlar da bir-birinə verir. Yaxşı olmayacaq, gizlətməyin nə mənası var?! Ölkə ortaya istehsal potensialı qoymayıb. Az qala hər şey xaricdən gətirilir. İdxaldan asılı vəziyyətə düşmüşük. Rəsmi statistika deyir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 7.7 faiz azalıb, idxal isə 4.6 faiz artıb. 10 ayda xaricdən 14.2 milyard dollar dəyərində məhsul alınıb. Siyahıda ərzaq və gündəlik tələbat malları əhəmiyyətli yer tutur. İxracın azalmasında isə dünya bazarında neftin, o cümlədən qazın qiymətinin ucuzlaşması əsas rol oynayıb. Ölkənin idxal yükü dayanmadan artır.

İqtisadiyyat yanacaq istiqamətləri olmadan nəfəs ala bilmir. Bunun nə vaxta qədər davam edəcəyi sual olaraq qalır. Qeyri-neft sektorundan ağızdolusu danışmaqla ağız şirin olmur. Bu sektor da neft-qaz gəlirlərindən birbaşa asılı vəziyyətdədir. İşlər o qədər pis gedir ki... Kaş hökumət bunun məsuliyyətini anlaya. Bunun adı iqtisadiyyat deyil. Köklü islahatlara, fərqli yanaşmaya ehtiyac var. Neftə, qaza güvənməklə addımlamaq mümkün deyil. Ölkə axsamağa başlayıb. Sonra yeriyə bilməyəcəyik...

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »