Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı diplomatları Türkiyədə yüksək qazanc vədi ilə aldadıblar - Video
Azərbaycanlı diplomatları Türkiyədə yüksək qazanc vədi ilə aldadıblar - Video

Azərbaycan diplomatları son vaxtlar tez-tez gündəmə gələn pul vədi ilə dələduzluğun yeni qurbanlarına çevrilib. Diplomatlar dələduzlara təxminən 350 min dolları öz əlləri ilə, hissə-hissə çatdırıblar.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış maliyyə proqramlarının da sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu Murat Şirinovla "ortaq iş" görmək barədə razılaşıb.

Şirinov Azərbaycan diplomatları ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb. İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və qurbanlarının etibarını qazanıb. Murat Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan 3 diplomatla əlaqə saxlayıb və o, diplomatlarla kafedə görüşüb. O, pulu şəxsən alıb, lakin qarşılığında qəbz belə verməyib. Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə aparıb tanış edib. Onlar pulu izləmək üçün telefon proqramı quraşdırıblar.

Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin buna nəzarət bütünlüklə Şirinovda olub. İlk bir neçə ayda cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Böyük miqdarda pul əldə etdikdən sonra artıq "qazancdan pay" verilməsi dayandırılıb. Onların telefon zənglərinə belə cavab verilməyib. Bir müddət sonra diplomatların proqramdakı hesabları sıfırlanıb.

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb. İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub. Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib. Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib. Gökalp İçer və Murat Şirinov barəsində iddia qaldırılıb. Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »