Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Ukrayna limanlarının bərpasına 50 milyon avro ayırır
Avropa İttifaqı Ukrayna limanlarının bərpasına 50 milyon avro ayırır

Avropa İttifaqı Ukraynaya 50 milyon avro ayıracaq. Bu vəsait ölkənin liman infrastrukturunun bərpasına sərf olunacaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, oktyabrın sonunda Ukrayna Avropa İttifaqından 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını alıb. Artıq noyabrın ortalarında məlum olub ki, Avropa Komissiyası humanitar yardım üçün 110 milyon avro ayıracaq, bunun 100 milyon avrosu Ukraynaya, 10 milyon avrosu isə Moldovada ukraynalı qaçqınların dəstəklənməsinə yönəldiləcək.

Eyni zamanda, Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra 7 il ərzində blokun büdcəsindən 186 milyard avro almaq hüququ qazanacaq.

Son xəbərlər
Bütün xəbərlər »