Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"BBC"nin 100 "ilham pərisi": Siyahıda bir "Türk qadını" var
"BBC"nin 100 "ilham pərisi": Siyahıda bir "Türk qadını" var

Britaniyanın "BBC" telekanalı 2023-cü ilin 100 ilhamverici və nüfuzlu qadınını müəyyən edib. Siyahıya türkiyəli alim Canan Dağdeviren də daxil olub.

Bizimyol.info xəbər verir ki, 2023-cü ilin sonuna yaxınlaşdıqca ilin adları aydınlaşmağa başlayır. "BBC" də öz növbəsində ilin 100 ilhamverici və nüfuzlu qadınını müəyyən edib.

Siyahıya iqlim qabaqcılları, mədəniyyət və təhsil sahələrindən nüfuzlu adlar, əyləncə və idman dünyasının qadınları, siyasətçilər, hüquq müdafiəçiləri, eləcə də, elm, səhiyyə və texnologiya sahələrində tanınmış şəxslər daxil edilib. Bu insanlar arasında kinoaktrisa Amerika Ferrera, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama və Britaniya parlamentinin deputatı Dehenna Davison kimi adlar yer alıb.

"BBC" siyahı hazırlayarkən heç bir sifariş verməyib.

Canan Dağdeviren nə etdi?

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun dosenti Canan Dağdeviren ultrasəs ilə döş xərçənginin erkən diaqnozuna kömək edən “elektron büstqalter” icad edib. Dağdevirəni bu mövzuda işləməyə vadar edən hadisə onun bibisinin ölümü olub. Alimin bibisi mütəmadi olaraq skrininqdən keçsə də, 49 yaşında süd vəzi xərçənginin gec mərhələləri aşkar edilərək müalicəyə başlansa da, 6 ay sonra dünyasını dəyişib.

Canan Dağdeviren xalası çarpayısının yanında gözləyərkən ixtirasının kobud rəsmlərini tamamladı. Beləliklə, büstqalterə daxil edilə bilən və döş xərçəngi riski yüksək olan şəxslərin daha tez-tez yoxlanılmasına imkan yaradan cihaz beləcə yaradıldı. Dağdevirənin inkişaf etdirdiyi texnologiyanın milyonlarla insanın həyatını xilas edə biləcəyi bildirilir.

Bütün siyahıya buradakı link vasitəsilə daxil ola bilərsiniz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »