Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Münaqişə Fələstin dövlətinin elan olunması və BMT tərəfindən tanınması ilə bitəcək"
"Münaqişə Fələstin dövlətinin elan olunması və BMT tərəfindən tanınması ilə bitəcək"

Yəməndə Husi üsyançıları İsrailə pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər. Bu barədə Husi hökumətinin “baş naziri” Əbdüləziz bin Habtur bunu AFP agentliyinə açıqlamasında danışıb. O, qeyd edib ki, İsrailin HAMAS-a qarşı apardığı müharibəyə cavab olaraq, ötən gün PUA ilə zərbələr endirilib. Habtur vurğulayıb ki, həmin PUA-lar Yəmən dövlətinə məxsusdur.

“Vəhdət Partiyasının” başqan müavini Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yəmən Qurtuluş hökumətinin baş nazirinin adından insansız uçaqlarla İsrailə zərbə endirməsi barədə yayılan məlumatlar dəqiqləşdirilməmiş xəbərlərdir.

Vasif Əfəndiyev Vasif Əfəndi

“Məlumdur ki, bir neçə gün öncə Yəmən üsyançıları kimi tanınan Ansar Allah (Husilər) qruplaşması tərəfindən Misir ərazisinə PUA və raket zərbələri endirilmişdir. Bu raketlərdən bir neçəsi İsrail sərhəddinə yaxın yerə düşdüyü üçün informasiya agentlikləri vəziyyəti dramatikləşdirməklə gərginliyin artmasına çalışırlar. Bununla da, ərəb dünyasını öz düşüncələrində ayılmağa səsləyərək birliyə çağırırlar”-deyə politoloq bildirib. Onun sözlərinə görə, İran tərəfindən maliyyələşən və terror təşkilatı kimi tanınan “Hizbullah”, “İslamı cihad” və “Hamas” bölgədə dominantlıq edəcəyi müddətdə heç bir sülh razılaşması alınmayacaq. İranın son 45 ildəki fəaliyyəti mövcud durumu şəkilləndirib.

Fələstinlilərin sülh istəyi varsa, ilk görəcəyi iş HAMAS-dan və İranın "qoltuğu"ndan qurtulması olmalıdır. İsrailin fələstinliləri Misirə köçürmək barədə niyyətlərinin olması barədə yayılan məlumatları da real saymıram.

Politoloq hesab edir ki, əksinə İsrail Fələstinlə sülhün təmin olunmasında daha çox maraqlıdır. Vəziyyəti gərginləşdirmək üçün bu plan daha çox Hizbullah və HAMAS-ın işinə yarayır.

“Hadisələrin inkişafı həm də onu deməyə əsas verir ki, bu proses Fələstin dövlətinin elan olunması və BMT tərəfindən tanınması ilə bitəcək”-deyən Vasif Əfəndi vurğulayıb ki, İsrail bu məsələdə müqavimət göstərməyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »