Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə, hücumlara görə İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli layihəsi üzrə işləri dayandırıb"
"Türkiyə, hücumlara görə İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli layihəsi üzrə işləri dayandırıb"

İsrail Qəzzada Türk-Fələstin Dostluq Xəstəxanasına hücum edib. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xəstəxanaya hücumunu pisləyərkən, “Qəzzada yeganə xərçəng xəstəxanasının koordinatları da daxil olmaqla bütün lazımi məlumatların artıq İsrail rəsmiləri ilə paylaşılmasına baxmayaraq, belə bir hücumun izahı ola bilməz. Biz Qəzzada Türk-Fələstin Dostluq Xəstəxanasına edilən hücumu şiddətlə qınayırıq” deyə açıqlama verib.

Jurnalist Muhammet Kutlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AK Partiya sözçüsü Ömər Çelik də hücuma münasibət bildirib.

“Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu “Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu

“O deyib ki,“İsrailin Qəzzada Türk-Fələstin Dostluq Xəstəxanasına hücumu insanlığa sığmayan hücumlara bir yenisini əlavə edən vəhşi bir hərəkətdir. Biz İsrailin ən sadə insan haqlarını və beynəlxalq hüququ göz ardı edən hücumlarını ən sərt şəkildə qınayırıq. Bu hücumların İsrailin özünü müdafiə etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bu hücumlar Qəzza xalqını məhv etməyə yönəlmiş qırğınlardır". Oktyabrın 17-də İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfər həlak olub.

Əslində, "terror dövləti" İsrail normal dövlət kimi davranmadığı üçün xəstəxana, məktəb və mülki yaşayış məntəqələri arasında ayrı-seçkilik etmir. Mülki əhalinin cəmləşdiyi istənilən yer onların təbii hədəfinə çevrilir”-deyə Kutlu qeyd edib.

Jurnalistin sözlərinə görə, bütün dünya və Birləşmiş Millətlər Təşkilatı, başda Türkiyə olmaqla, İsrailin mülki hədəflərə hücumlarını “müharibə cinayətləri və insanlığa qarşı cinayətlər” kimi qiymətləndirir və bu hədəflərə hücumu dayandırmağa çağırır. Bununla belə, İsrailin dayanmaq niyyətində olmadığı açıq-aydın görünür.

Muhammet Kutlu hesab edir ki, ilk növbədə Avropa Birliyi ölkələri İsraili dəstəkləsə də, indi mülki hədəflərə hücumlarla bağlı sərt tənqidlər gəlməyə başlayıb. “İspaniyadan gələn sərt bəyanat bunlardan ən diqqət çəkənlərindən biridir. Hətta Britaniya Birliyinin üzvü olan Avstraliya da mülki itkilərin qəbuledilməz həddə çatdığını açıqlayıb və İsraili bu hücumları dayandırmağa çağırıb.

Türkiyə məzlum uşaqların və dinc əhalinin daha çox ölümünün qarşısını almaq üçün bütün diplomatik imkanlarını səfərbər edib. Prezident Rəcəb Tayyib Ərdoğan vəhşiliyə son qoymaq üçün beynəlxalq ictimai rəyi səfərbər etməyə çalışır”-deyən jurnalist bildirib ki, Türkiyə də İsrail qazı adlandırılan qazın Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan layihə üzrə işləri dayandırıb.

Kutlu qeyd edib ki, İsrailin qırğınlarının sayı artdıqca bu layihənin həyata keçirilməsi qeyri-mümkün olacaq. Türkiyə bu "terror dövləti"nin hücumlarına ən qısa zamanda son qoymaq üçün yorulmadan çalışmağa davam edəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »