Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailə, qadın, uşaq məsələləri... "Həyat" qadını fəaliyyəti ilə bağlı cəzaların ləğvi müzakirə edilir
Ailə, qadın, uşaq məsələləri... "Həyat" qadını fəaliyyəti ilə bağlı cəzaların ləğvi müzakirə edilir

Bir neçə gün əvvəl Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi müzakirə edilib. Bu “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, bu gün fahişəliklə bağlı qanunvericilik kifayət qədər sərtdir. Azərbaycan Respublikasında rəsmi şəkildə fahişəliklə məşğul olmaq və fahişəliklə məşğul olmaq üçün hansısa bir şirkətin qeydiyatdan keçməsi qanunvericiliklə qadağandır. Və buna icazə verilmir. Eyni zamanda bu, fəaliyyət sahəsi kimi qəbul olunmur.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

“Azərbaycan Respublikasında hər hansı bir qanuna zidd əməllərin inzibati və cinayət məsuliyyətləri nəzərdə tutulub. Əgər bir şəxsin pul qarşılığında fahişəliklə məşğul olması aşkarlanarsa, bununla bağlı müvafiq rəsmiləşdirmə və sənədləşdirmə aparıldıqdan sonra daxili işlər orqanları tərəfindən şəxs məhkəmə qarşısına çıxarılır. Məhkəmə həmin şəxsi 100 manat məbləğində cərimə edir. Bu, Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 524-cü maddəsi ilə tənzimlənir”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov vurğulayıb ki, burada cinayət məsuliyyəti daha çox fahişəliyə cəlb edən şəxslərlə bağlı mövqe sərgiləyir. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə cəlb olunmasını, onların pornoqrafik tamaşalarda iştirakına cəlb edilməsini təşkil edən şəxsə 3 ilə qədər vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmanın qadağan olunması ilə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırma nəzərdə tutulur. Ağırlaşdırıcı hallarda isə, 4 ildən 8 ilə qədər nəzərdə tutulur.

“Ümumilikdə fahişəliyə cəlbetmə, yəni tutaq ki, əgər bir şəxs 8-10 nəfərdən və yaxud da ki, 2-3 nəfərdən və ya bir nəfəri fahişəliyə cəlb etməklə gəlir əldə edirsə, həmin şəxs 2500-3500 manata qədər cərimə cəzası və ya 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Fahişəliyə cəlbetmə mütəşəkkil dəstə tərəfindən həyata keçirildikdə, şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədildikdə bu 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Əxlaqsızlıq yuvalarının saxlanılması, fahişəliyə cəlbetmə, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarının təşkil olunması və saxlanılması, bu məqsədlə mənzil sahələrinin icarəyə verilməsi Azərbaycan Respublikasının cinayət məcəlləsinin 244-ci maddəsinə əsasən 2500-3500 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Bu, bir qrup şəxs tərəfindən törədildikdə təkrar törədildikdə isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır”-deyə hüquqşünas qeyd edib.

P.S. Hələ bir neçə il əvvəl Azərbaycanda fahişəliyin leqallaşdırılması ilə bağlı məsələlər müzakirə edilirdi. Amma bu məsələ sadəcə müzakirə səviyyəsində qalaraq, unuduldu. Bu gün isə fahişəliklə məşğul olanlara qanunla tətbiq edilən cəzaların ləğv edilməsi müzakirə edilir. Maraqlıdır ki, bu qanun kimin və yaxud kimlərin marağındadır?

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »