Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransanın Cənubi Qafqazda göstərdiyi tərəfli siyasəti bölgədən "uzaq" qalmasına səbəb olacaq"
"Fransanın Cənubi Qafqazda göstərdiyi tərəfli siyasəti bölgədən "uzaq" qalmasına səbəb olacaq"

Ərazisində milyonlarla müsəlman yaşayan Fransa hər zamankı kimi təcavüzkar siyasətini yürütməyə davam edir. İsrail-Fələstin arasında sülh yaratmaq əvəzinə müharibə təklif edən Fransa, eyni siyasəti Cənubi Qafqazda da həyata keçirməyə çalışır. Fransanın təkidi ilə Ermənistana göndərilən missiya heç bir nəticə əldə etmədi, indi hərbi missiyadan danışılır. Cənubi Qafqazda özünə "yer" tapmaq Fransa üçün o qədər də asan olmayacaq…

Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Fransa əvvəlcədən öz üzərinə götürdüyü yükü daşımaq iqtidarında olmadığını göstərib. Çünki uzun illər Fransa Avropanın aparıcı dövlətlərindən biri olub. Həm Rusiyanın, həm də ABŞ-ın köməyi ilə, bir az da ona bu rol süni şəkildə verilib.

Fazil Mustafa Fazil Mustafa

“Alman gücünə qarşı həmişə Fransanın tarazlaşdırıcı rolunu önə çəkiblər. Amma Fransanın həm əhali potensialı, həm də intellektual potensialı əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə bu yükü daşımağa yetərli deyil. Fransa müstəmləkəçiliyi də xeyli iflasa uğrayıb. Olan-qalan müstəmləkələrdə də Fransa hakimiyyətinin nüfuz dairəsindən uzaqlaşma ənənələri özünü göstərməyə başladı.

İndi Fələstinlə bağlı məsələdə də əhalinin əhval ruhiyyəsini diqqətə almadan, atılan addımlar müəyyən problemlər yaratmağa başlayır”- deyən deputat əlavə edib ki, bütün hallarda Fransanın Cənubi Qafqazda göstərdiyi tərəfli mövqeyi onun gələcəkdə bölgə ilə bağlı beynəlxalq lahiyələrdə müstəqil bir subyekt kimi iştirakını əngəlləyir.

Deputat qeyd edib ki, Azərbaycan da, Türkiyə də heç bir halda buna yol vermək istəmir. Fransa isə, özü üçün bir problem yaradıb. Bu problemlər, Fransanın bölgədən daha da uzaqlaşmasına gətirib çıxaran bir siyasətin nəticəsi olacaq. Fazil Mustafa bildirib ki, bu baxımdan Fransanın təsir gücü azalmaqdadır.

Deputatın fikrincə, hazırda Fransa daha çox bir müharibədə qızışdırıcı rolunu üzərinə götürən dövlətə bənzəyir. Bu isə hər kəsin, xüsusilə onun hədəf seçdiyi ölkələrin narazılığına səbəb olub. Hazırda bu ölkələr Fransaya qarşı daha aqressiv duruş ortaya qoymaqdadırlar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »