Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Turizm jurnalistikası ixtisası həm turizmə, həm də jurnalistika sahəsinə yeni nəfəs gətirə bilər"
"Turizm jurnalistikası ixtisası həm turizmə, həm də jurnalistika sahəsinə yeni nəfəs gətirə bilər"

20 oktyabr tarixində Bakıda keçirilən “Uzakrota Baku 2023” turizm sammitinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Plus Media Production” şirkətinin həmtəsisçisi Rəhim Qədirov qlobal turizm sammitində çıxış edərək, "Turizm sektorunda marketinqin əhəmiyyəti" mövzusunda təklifi və proqnozlarını bölüşüb.

Ölkədəki turizm sektorunun inkişafında turizm və jurnalistika sahələrinin əhəmiyyətindən danışan Rəhim Qədirov, turizm jurnalistikası ixtisasının sektora güc qatacağını bildirib. Şirkət nümayəndəsinin fikrincə, bu sahədə zəruri addımların atılması ölkəmizdə sadəcə turizmə deyil, jurnalistika sahəsinə də yeni nəfəs gətirəcək.

Xatırladaq ki, 20 oktyabr tarixində Bakıda “Uzakrota Baku 2023” turizm sammiti keçirilib. Tədbirdə turizm sektorunun peşəkarları və sahəyə maraq göstərən gənc nəslin nümayəndələri iştirak edib. Tədbirdə turizmin bu günü, görüləcək tədbirlər, səyahətlərin planlaşdırılması və s. mövzulardan söz açılıb. Turizmin gələcəyinin müzakirə olunduğu sammitdə müasir və innovativ təkliflər verilib. İllərdir müxtəlif ölkələrdə keçirilən “Uzakrota” sammitləri turizmin mərkəzini bir nöqtədən başqa nöqtəyə daşımağa davam edəcək.

İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »