Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 16 oktyabr, 2023-cü il
Ulduz falı: 16 oktyabr, 2023-cü il

Bizimyol.info 16 oktyabr, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:

Qoç, 16 oktyabr, 2023-cü il

Vacib söhbətləri təxirə salmayın. Gün əvvəllər çoxlu mübahisələrə səbəb olmuş məsələlərin müzakirəsi üçün münasibdir. Əvvəllər anlaşa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz.

Uzun müddətdir ki, yada salmadığınız insanları xatırlayın. Onlar münasibətləri bərpa etməkdən məmnun olacaqlar.

Gün maliyyə məsələlərinin həlli üçün də münasibdir. Söhbət pula gəldikdə, intuisiyanıza güvənə bilərsiniz.

İntuisiyanız onu necə idarə edəcəyinizi sizə  hiss etdirəcək. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir.

Uzun müddət sizi məmnun edəcək şeylər ala biləcəksiniz.

Buğa, 16 oktyabr, 2023-cü il

Səhər sakitliyi qoruya bilməyəcəksiniz.

Emsional fon xüsusilə gərginləşəcək.

Buna görə də,  kiçik hadisələrə həddindən artıq reaksiya verə və xırda şeylərdən narahat ola bilərsiniz.

Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq, özünüzü daha sakit və inamlı hiss edəcəksiniz.

Günün ikinci yarısında çoxdan diqqət tələb edən məsələlərin öhdəsindən gələcək və əvvəllər başladığınız işi başa çatdıra biləcəksiniz. Xırda detalları gözdən qaçırmayacaq və səhv etməyəcəksiniz.

Ehtiyacınız olarsa, yaxınlarınız kömək etməkdən imtina etməyəcəklər. Səfərləriniz uğurlu olacaq.

Əkizlər, 16 oktyabr, 2023-cü il

Ünsiyyət üçün əla gündür. Bu gün hamı sizi çox diqqətlə dinləyəcək. Əvvəllər ideyalarınıza şübhə ilə yanaşan insanlar indi onları qiymətləndirəcək və dəstəkləyəcəklər. Dərhal yeni planları həyata keçirməyə başlaya bilərsiniz. Nəticələr yaxşı olacaq.

İlk uğurlarınızı qazanaacqsınız.

Bəzi çətinliklər yalnız konsentrasiya və xırda detallara diqqət tələb olunduqda yarana bilər.

Nəyisə görməmək, sonradan vacib olacaq bir şeyi gözdən qaçırmaq riski daşıyırsınız.

Amma diqqətli olsanız, gün uğurla bitə bilər.

Xərçəng, 16 oktyabr, 2023-cü il

Bu gün ortaya çıxan fikirlərə diqqət yetirin.

Onlar inanılmaz, reallıqdan uzaq görünə bilər, amma bir müddət sonra planınızı həyata keçirməyin yolunu tapacaqsınız. Uzun müddətdir həll etmədiyiniz xırda məsələlərin öhdəsindən gələcək və hər şeyi tez bir zamanda qaydasına salacaqsınız.

Ailədə xoş hadisələr gözlənilir.

Qohumlardan biri ilə bağlı xoş xəbərlər gözlənilir. Günün ikinci yarısı romantik görüşlər üçün münasibdir. Önəm verdiyiniz insanlarla asanlıqla ümumi dil tapacaqsınız.

Şir, 16 oktyabr, 2023-cü il

Xırda işlərə zamanınızı xərcləməyin. Bu gün görəcəyiniz çox iş var. Nəticələr yaxşı olacaq, planlaşdırdığınızdan da çox iş görəcəksiniz.

Dostlarınız və yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Məsləhət üçün onlarla da əlaqə saxlaya bilərsiniz.

Gün sizi xoş görüşlərlə sevindirəcək. Darıxdığınız insanları görmək fürsətini qaçırmayın.

Onlarla sizi narahat edən problemlər barədə danışın. Ən yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözlənilir.  Bu gün mübahisələrə səbəb olmayacaq, bir-birinizi daha yaxşı başa düşməyə başlayacaqsınız. Ailənizlə bağlı yeni planlar yarana bilər.

Qız, 16 oktyabr, 2023-cü il

Gün yaxşı keçəcək.

Bir çox işləriniz gözlədiyinizdən də yaxşı alınacaq. Uzun müddət əvvəl qazandığınız təcrübə və bilikləriniz bu gün işinizə yarayacaq.

Məhz bilik və bacarıqlarınız sayəsində necə hərəkət edəcəyinizi tez başa düşəcək və istənilən suallara cavab tapacaqsınız.

Diqqətinizi maliyyə məsələlərinin həllinə yönəldə bilərsiniz.

Gün alış-veriş və sövdələşmələr üçün münasibdir. Səhv etməyəcəksiniz. Şəxsi münasibətlərdə müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Sevdiklərinizlə ümumi dil tapmaq asanlaşacaq.

Yeni tanışlarda xoş təəssürat yaradacaqsınız. Romantik görüşlərə gedən Qız bürclərini xoş sürprizlər gözləyir.

Tərəzi, 16 oktyabr, 2023-cü il

Günün birinci yarısı ətrafınızdakılar sizi başa düşmək istəməyəcəklər.

Sizə elə gələcək ki, onlar qəsdən sizin tarazlığınızı pozmağa çalışır.   Amma bir müddət sonra başa düşəcəksiniz, heç də hər şey sizin düşündüyünüz kimi deyil.

Bir neçə saat sonra hamı ilə ünsiyyət  asanlaşacaq.

Günün ortası mühüm söhbətlər üçün münasib olacaq.

Doğru sözlər tapacaq, heç kəsi incitmədən hamını haqlı olduğunuza inandıra biləcəksiniz.

Günorta çoxdan diqqət tələb edən məsələlərin həlli üçün əlverişli olacaq.

İşləri qaydasına salacaq və uzun müddətdir alınmayan işlərlə məşğul olacaqsınız.

Əyləncə üçün də vaxtınız olacaq.

Köhnə hobbi yenə sizə müsbət emosiyalar bəxş edəcək.

Əqrəb, 16 oktyabr, 2023-cü il

Əqrəb, bu gün sizin üçün çox yaxşı gün olacaq.

Özünüz və başqaları üçün çox faydalı işlər görəcəksiniz.

Kömək üçün müraciət etdiyiniz insanlar bundan imtina etməyəcəklər. Rəqiblərisniz belə sizin tərfinizi tutacaq.

Cazibədarlığı sayəsində bir çox Əqrəblər yeni dostlar tapacaqlar.

Xoş tanışlıqlar gözlənilir.

Əhval-ruhiyyə gün boyu yaxşı olacaq. Bəzi çətinliklərlə qarşılaşsanız belə, əhvalınız pozulmayacaq.

İntuisiya sizə məqsədinizə necə çatacağınızı söyləyəcək. Yaxınlarınız hər hansı bir təklifinizlə asanlıqla razılaşaacqlar. Cəsarətli ideyalarınızı dəstəkləyəcəklər.

Oxatan, 16 oktyabr, 2023-cü il

Planlaşdırılan vacib bir işiniz varsa, tələsin.

Günün ilk yarısı xüsusilə uğurlu olacaq. Bu saatlar həm əvvəllər başladığınız işləri bitirmək, həm də tamamilə yeni bir işə başlamaq üçün uyğundur. İntuisiyanız sizə nəyə diqqət edəcəyinizi söyləyəcək. Onu dinləyin.

Günün ikinci yarısında ailə məsələlərinə diqqət yetirin.  Bu gün yaxınlarınıza kömək etməli olacaqsınız. Günün ikinci yarısı köhnə əlaqələri bərpa etmək, uzun müddət görmədiyiniz insanlara özünüzü xatırlatmaq üçün əlverişlidir.

Oğlaq, 16 oktyabr, 2023-cü il

Oğlaq, bu gününüz mübahisəsiz keçməyəcək.

Nədənsə,  əvvəllər sizi hər şeydə dəstəkləyən və istənilən təklifə həvəslə razı olan insanlar da indi sizin ideyalarınıza şübhə edirlər.

Onların fikirlərini dəyişməsi üçün müəyyən vaxt lazım olacaq.

Pulla diqqətli olmalısınız.

Bu gün bir qədər qeyri-ciddiliyə meylli olacaqsınız.

Bu səbəbdən də,  uğursuz alış-veriş etmək və xırda işlərə xeyli pul xərcləmək riski ilə üzləşəcəksiniz. Kredit götürmək məsləhət deyil. Axşam dostlarınızla görüşün. Onların sayəsində əhval-ruhiyyəniz dərhal yaxşılaşacaq. Romantik görüş üçün də əlverişli gündür.

Dolça, 16 oktyabr, 2023-cü il

Dolça, bu gün vacib görüşlər və ciddi qərarlar üçün münasibdir. İntuisiyanız kəskin olacaq, hər şeydə onun verdiyi  ipuçlarına etibar edə bilərsiniz. İş və ya bizneslə bağlı yaxşı fikirlər yarana bilər. Bəzi Dolçalar gəlirlərini artırmaq üçün qeyri-adi, lakin çox ciddi bir yol tapacaqlar.

Yaxşı dincəlmək və sevdiklərinizlə gözəl vaxt keçirmək imkanınız da olacaq.

Bəzi qeyri-adi tədbirlərə dəvət olunacaqsınız.  Bu tədbirlərdə nəinki əylənəcək, həm də tezliklə dostunuza çevriləcək insanla tanış olacaqsınız.

Balıq, 16 oktyabr, 2023-cü il

Yeni layihələrə başlamaqdan çəkinməyin.  Tezliklə ilk uğurlarınıza nail olacaqsınız.

Növbəti addımlar haqqında düşünməyin zamanıdır və siz hər şeyi yaxşı bilirsiniz.

Bəzi Balıqlar böyük dəyişikliklər istəyirlər.

Burada tələsməyin. Son qərarınızı verməmişdən əvvəl hər şeyi diqqətlə düşünün.

Belə olarsa, səhv etməz, doğru addımmlar ata bilərsiniz.

Gün alış-veriş üçün əlverişlidir. Siz alətlər və məişət texnikası, eləcə də nəqliyyat vasitələri ala bilərsiniz. Yaxşı seçim etməyiniz çox çəkməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »