Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Genetik, yoxsa ətraf təsir... Qadınlarda olmayan keçəllik problemi niyə kişiləri "əsir" alıb?
Genetik, yoxsa ətraf təsir... Qadınlarda olmayan keçəllik problemi niyə kişiləri "əsir" alıb?

Heç keçəl qadın görmüsünüz? Niyə kişilər qadınlardan daha çox keçəl olurlar? Heç bunu düşündünüzmü?

Kişilərin və qadınların müəyyən xəstəliklər və ya qocalma səbəbindən keçəlləşməsi mümkündür. Ancaq toxunmaq istədiyimiz məsələ bu cür vəziyyətlərdən kənarda yaranan keçəlliklə bağlıdır.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, əslində bu vəziyyət böyük ölçüdə daşıdığımız genlərlə bağlıdır.

Keçəlliyin kişilərdə daha çox rast gəlindiyini əsas götürən tədqiqatçılar spesifik gen variantlarını müəyyən etmək üçün hərəkətə keçib və nəticədə X xromosomunda yerləşən AR geninin keçəlləşmədə təsirli olduğu müəyəyn edilib.

Kişilərin cinsi orqanlarının, saqqallarının və dərin səslərinin inkişafı və fəaliyyətində çox mühüm rol oynayan androgen reseptoru (AR) adlı bir protein istehsal edir.

Bəs bu zülalın hansı funksiyası var?

Androgen reseptorunun əsas funksiyası kişi hormonları dihidrotestosteron (DHT) və testosteronu aşkar etməkdir. Bədənimizdəki əksər orqan və hüceyrələrdə AR var və buna görə də bu zülalın miqdarından asılı olaraq saç kökləri təsirlənir.

Testosteronun törəməsi olan DHT-nin saçlarımıza təsiri təsəvvür etdiyimizdən çox daha böyükdür. Bu zülal zamanla saç köklərinin kiçilməsinə, eləcə də saçların incəlməsinə səbəb olur.

Həmçinin, əgər siz genetik olaraq keçəlliyə meyllisinizsə, bu prosesi istənilən an yaşaya bilərsiniz.

Ekspertlər apardıqları araşdırmada Avropa əsilli 12 806 kişini izləmiş və müəyyən etmişlər ki, DHT geninin müəyyən bir variantını daşıyan fərdlərin keçəlləşmə ehtimalı bu gen olmayanlara nisbətən iki dəfə çoxdur. Bir sözlə, bioloji olaraq kişi olmaq keçəlliklə mübarizə aparmağa bərabərdir.

Buna xromosom nöqteyi-nəzərindən baxdığımızda, hamımızın bildiyimiz kimi, kişilər X xromosomunu analarından, Y xromosomunu isə atalarından alırlar. Bu, keçəlliklə əlaqəli genlərin anadan miras qalma ehtimalını daha da artırır.

Qadınlar isə hər bir valideyndən biri olmaqla iki X xromosomu daşıyırlar. Əgər bir X xromosomunda keçəllik ilə əlaqəli geni daşıyırsa, digər X xromosomunda isə bu gen yoxdursa, bu X xromosomu keçəllik geninin təsirini ifadə etməyə bilər. Xülasə, bu irsiyyət modeli kişilərdə keçəlliyin niyə daha çox olduğunu aydınlaşdırır.

Saç tökülməsində bir çox gen iştirak edir və bu genlərin birləşmələri saçın artıb-azalmasını müəyyən edir. Əslində, qadınlar da DHT və testosteron istehsal edirlər, amma bu niyə onlara bu qədər təsir etmir? Çünki genetikaya görə qadınlar kişilərdən çox daha az miqdarda DHT və testosteron istehsal edirlər. Bundan əlavə, qadınlarda saç follikullarını sağlam saxlamağa kömək edən estrogen və progesteron hormonlarının miqdarı çoxdur. Qadınlar estrogen və progesteron hormonları azaldıqda, əsasən menopoz zamanı keçəlləşməyə başlaya bilərlər.

Eyni zamanda hormonal faktorların və genetikanın kişi və qadın fərqi olmadan böyük dəyişikliklərə səbəb olduğu yaşla birlikdə saç tökülməsi qaçınılmaz olur.

Yenə stress, siqaret və spirt istifadəsi, qeyri-sağlam qidalanma bədənimizə bir çox mənfi təsirlər etməklə yanaşı keçəlləşməyə də səbəb olur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »