Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya liderlərinin səyi nəticəsində Yaxın Şərqdə sülhə nail olmaq mümkün olar"
"Dünya liderlərinin səyi nəticəsində Yaxın Şərqdə sülhə nail olmaq mümkün olar"

İki gün öncə, “Həmas”ın hərbi qanadı İsrailə hücuma keçdi. İsrail tərəfdən çoxlu yaralılar, ölənlər var. Verilən məlumata görə, ölənlərin sayı hər keçən gün artır. Çox sayda “Həmas” yaraqlıları girovlar götürülüb. Eyni zamanda İsrailin bir neçə tankını, zirehli avtomobillərini ələ keçiriblər. İsrailin müxtəlif şəhərlərinə hücum nəticəsində çox böyük dağıntılara səbəb olub. Bundan demək olar ki, İsrail və dünya şoka düşüb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin kəşfiyyat orqanları dünyanın ən güclü kəşfiyyat orqanı hesab olunur.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Heç kəs inana bilmir ki, onların “Həmas”ın içində özünün agenturası olsun və onlar vaxtında məlumat ala bilməsinlər ki, belə bir hücum hazırlanır. Eyni zamanda onların sərhəddindən adətən "quş keçəndə" səs edir. Amma çox maraqlıdır ki, necə olubsa, “Həmas” içəri keçib. Traktorla sərhəddi qırıblar və bunlar da tərpənə bilməyiblər, vaxtında xəbər tutulmayıb. Bu mövzular sonradan müzakirə olunacaq. Burada günahı olan adamlar cəzalanacaq”-deyə politoloq qeyd edib. Onun sözlərinə görə, bu hadisələr səbəbindən İsrailin baş naziri Netanyahu artıq tənqid edilir və onun fəaliyyəti haqqında mənfi istiqamətdə danışılır. Hazırda şiddətli müharibə gedir. Netanyahu deyir ki, “biz müharibə vəziyyətindəyik”… Müharibə başladıqdan dərhal sonra, ABŞ İsrailə öz dəstəyini göstərərək, F-35 lər göndərir. Eyni zamanda Avropa İttifaqının ölkələri İsrailə dəstək olduqlarını dilə gətirirlər.

“Azərbaycan olaraq, İsrail bizim müttəfiqimizdir və biz də İsrailə qarşı olan bu terror aktını pisləyirik. Orada qadınların, uşaqların ölməsini pisləyirik. Tezliklə bu məsələləri yoluna qoymaq, sülh və danışıqlar yolu ilə dayandırılması haqqında bəyanat verdik. Biz Azərbaycan dövləti olaraq, öz dostluğumuzu, öz həmrəyliyimizi İsrailə bildiririk. Bunu əhali də bilir onu dövlətdə hakimiyyətdə bildirdi.

Ancaq iki gündür ki, döyüşlər gedir. İsrail hərbi təyyarələri Qəzza zonasında çox böyük dağıntılara səbəb olan raket atəşləri ilə yüksək mərtəbəli binaları darmadağın edib, 1200-dən artıq “Həmas”ın mümkün gizlənmə yerlərini tutaraq, onları məhv ediblər. Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın səyləri bu münaqişənin dayandırılmasına istiqamətlənib. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan da prezident səviyyəsində bu məsələnin tezliklə dayandırılması, eskalasiyanın daha da artmaması üçün səylər göstərir, ciddi danışıqlar aparır”-deyə politoloq vurğulayıb. Bu müharibədə İranın əli olması ilə bağlı iddialar da irəli sürülür. Amma ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, “Bizdə İranın bu məsələdə rolunun olması haqqında dəqiq məlumat yoxdur”. Ancaq İran tərəfi İsrailin bu hücuma məruz qalmasını çox alqışlayır, hətta "bayram" edirlər ki, “sionist ölkə dağılır, məhv olur”…

““Həmas”ın hərbi qanadının nümayəndəsi Abu Ubeyda İran İslam respublikasına “Həmas” qrupuna silah-sursat, raket və tank əleyhinə raketlər verdiyinə və sionist rejiminin dağılmasına göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Ancaq İranın özünün bu hücumda birbaşa əli yoxdur. İran da bu haqda bəyanat verdi ki, “biz Fələstinin apardığı bu mübarizəni dəstəkləyir, ona kömək edirik. Ancaq bizim bu hücumda əlimiz yoxdur”-deyə Elşad Həsənov bildirib.

Hazırda dünyada vəziyyət gərgindir. Demək olar ki, bir qarışıqlıq düşüb. Bütün bəşəriyyət Ukrayna-Rusiya müharibəsində Ukraynanı dəstəkləyir. Belə bir vəziyyətdə Yaxın Şərqdə bu müharibənin qızışmasında Rusiyanın da əli olduğu düşünülür. Bu da mümkün bir variantdır. Çünki Rusiya da istəyir ki, digər yerlərdə də münaqişə olsun və Amerika, Avropa İttifaqı Ukraynaya hərbi yardım edə bilməsin və o da Ukraynanı işğal etsin.

“Rusiya öz yaxın dostu İran tərəfindən “Həmas”a, Fələstinə kömək edib və onlar da bu hücumu həyata keçiriblər. Yəni müxtəlif variantlar var. Mən fikirləşirəm ki, dünya liderlərinin səyi nəticəsində yaxın günlərdə bu bölgədə sülhə nail olmaq mümkün olar. Hər bir halda İsrail “Həmas”a qarşı apardığı geniş miqyaslı antiterror əməliyatlarını başa çatdırdıqdan sonra, ola bilsin ki, sülh yolu ilə, danışıqlar yolu ilə məsələləri çözsünlər”-deyən politoloq qeyd edib ki, bu savaşın Qafqaza, bizim regiona sıçraması mümkün görünmür. Çünki Qafqazda Azərbaycan, Gürcüstan və son günlər müharibədə məğlub olmuş Ermənistan buna yol verməz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »